Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev və Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər şöbəsinin rəisi Sahib Abışov barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.
Modern.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.
Qərara əsasən, hər iki şəxs polis nəzarətində qətimkan tədbiri seçilib və sərbəst buraxılıblar.
Qeyd edək ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozmaqda ittiham olunaraq saxlanılmışdılar.