"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saxlanılanlar arasında bələdiyyə sədri də var

--2021-04-17 / 18:49

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

APA-nın xəbərinə görə, Göyçay Rayon icra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon icra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

 Faktla bağlı araşdırma aparılır
https://apa.az/az/hadise/Goycayda-mliyyat-kecirilib-vzifli-sxslr-saxlanilib-638749
ŞƏRHLƏR