"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saymaq...-BəLəDiYYə SəDRi YAZIR

--2017-11-17 / 07:41

Saymaq...
Saymaq, saymağı öyrənməkdən başlayır. Sonra...

Sonra barmaqlarımızı,saniyələri,dəqiqələri,saatları,günləri,ayları,illəri sayırıq.

Zamanı sayırıq,başımızda ağaran tükləri sayırıq.

Qonşunun toyuq-cücəsini sayırıq,malını-dövlətini sayırıq. Hər gün,hər an cibimizdəki pulu sayırıq.
Saymaq... Tutduğumuz mövqeyi, cəmiyyətdəki yerimizi, həyat yolundakı pillələri sayırıq.Dostu,yoldaşı,tanışı, yadı sayırıq. Böyüyü-kiçiyi, atanı-ananı sayırıq.

Saya-saya saymağı, saya-saya saymağa öyrəşirik. 
Saymaqla, saymağı öyrənməklə iş bitmir.

əsas məsələ saymağı öyrənməklə bərabər sayılıb, sayılanlardan olmağı da öyrənməkdir...

Tural Nəbiyev 

Füzuli rayon Horadiz bələdiyyəsinin sədri

ŞƏRHLƏR