"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saysız-hesabsız maneələrə baxmayaraq...-HESABAT

--2016-01-22 / 21:02

Bələdiyyələr respublikamızda gedən demokratik proseslərdə, quruculuq, abadlıq işlərində, regionların sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edirlər.

Qaraçuxur Bələdiyyəsi Yeni Günəşli yaşayış massivini və Qaraçuxur qəsəbəsini əhatə edir. Bələdiyyənin ərazisi 1120 hektar əhalinin sayı 86.500 nəfər təşkil edir.

Təsis olunduğu və fəaliyyət göstərdiyi 16 il ərzində Qaraçuxur Bələdiyyəsi xeyli inkişaf edib, sakinlərin ictimai, sosial problemlərinin həllində mühüm rol oynayıb, qəsəbəmizin abadlaşdırılması, sakinlərin gündəlik yerli problemlərinin həll olunması, yaşıllıqların qorunması, park və xiyabanların müasir görkəmə salınması və sair işlərin görülməsində xeyli işlər görülmüşdür. Dövlətin yerlərdə görməli olduğu işlərin bir hissəsini öz üzərinə götürüb və əhali ilə sıx təmaslar quraraq öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyib.

Yerlərdə saysız-hesabsız maneələr, anlaşılmazlıqlar, vergi və rüsumların toplanmasında yaranan problemlər və digər məsələlər bələdiyyənin normal fəaliyyətinə əngəl törədib. Bütün bunlara baxmayaraq yerli özünüidarəetmə qurumu kimi Qaraçuxur Bələdiyyəsi inkişaf edərək yeni-yeni hədəflərə çatıb.

Bunun bariz nümunəsi kimi son zamanlarda Azərbaycan prezidenti cənab ilham əliyevin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Milli Məclisə müraciətini göstərmək olar. Prezidentin müraciətində diqqət çəkən əsas məqam fəaliyyəti qeyri-qənaətbəxş hesab edilən bələdiyyə üzvlərinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinin dayandırılmasından ibarətdir. Eyni zamanda 20 iyun 2014-cü il tarixdən Azərbaycan Respublikasının Vergi məcəlləsinə (198.1.1. maddəsinə) edilən dəyişikliklə əmlak vergisinin hesablanması qaydası sadələşdirilir, habelə Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikdə yerli vergi və ödənişlərin ödənilməsi, banklar, poçtlar habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir ki, bu da şəffaflığın artırılmasına və neqativ halların aradan qaldırılmasına gətirib çıxarır.

2015-cü il ərzində Qaraçuxur Bələdiyyəsinin 12 ümumi iclası keçirilmişdir. iclasların gündəliyinə 52 məsələ salınmış məsələlər əsasən təşkilati, büdcə, maliyyə, təmir-tikinti, abadlaşdırma, sosial və sair məsələlər olmuşdur.

Hesabat ili ərzində 420 nəfər vətəndaş qəbul edilib, müxtəlif  ünvanlarda  26 dəfə əhali ilə səyyari görüşlər keçirilmiş, eləcə də bələdiyyəyə 232 ərizə, şikayət və məktublar daxil olmuş, onlardan 121-i əhalidən, 111-i Suraxanı Rayonu icra Hakimiyyətindən, Bələdiyyələrlə iş Mərkəzindən, digər idarə və müəsisələrdən daxil olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış, aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzuları həll edilmişdir.

Bələdiyyələr yerli özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər, rüsum və ödənişlərdən formalaşır. Hesabat ilindən büdcəmizə qeyd olunan vergilərdən gəlirlərimiz 194249 manat, xərclərimiz isə 193558 manat olmuşdur.

Cari ildə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ də əhalidən əmlak vergisinin toplanmasında, eləcə də yerli vergi və rüsumlarının toplanmasında müəyyən problemlərimiz qalmaqdadır. Nəzərinizə çatdırıram ki, Qaraçuxur Bələdiyyəsinin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün sərbəst torpaq sahəsinin olmaması səbəbindən  torpaq növbəliliyinə qeydiyyata götürülmüş qəsəbə ərazisində yaşayan sakinlərə hesabat ilində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış və Bakı şəhərində torpaq hərracı və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri-rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Bələdiyyə üzvləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, mövcud problemləri onların öz arzuladığı formada həll etməyə çalışır. 2015-ci ildə Qaraçuxur Bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini diqqətinizə çatdırmaq istərdim.

  1. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar xiyabanı” parkında cari təmir, tikinti və abadlıq işlərinin aparılması.
  2. Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində yerləşən “ Vətən şəhidləri unudulmur” abidə parkında cari təmir, tikinti və işlərinin aparılması.
  3. Qaraçuxur qəsəbəsi i.Musayev küçəsində mərkəzi yol boyunca yaşayış evlərinin divarlarının suvanması və rənglənməsi.
  4. Qaraçuxur qəsəbəsi 4 yol ayrıcından “Qartal” fiquru istiqamətində yolun sağ və sol istiqamətində abadlıq işləri görülmüş, 400 kv. metr daş hasarın hörgüsü, 700 kv. metr divar səthinin suvanması və rənglənməsi işləri yerinə yetirilmiş.
  5. 31 saylı Suraxanı II seçki dairəsində 16-cı məntəqəsində cari, 19-cu məntəqəsində əsaslı təmir işlərinin yerinə yetirilməsi.
  6. Bələdiyyənin inzibati binasında cari təmir işlərinin aparılması.
  7. Qaraçuxur qəsəbəsi E.Bəkirli, V.Quliyev, i.Musayev küçələrində məhəllə daxili yolların abadlaşdırılması.
  8. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində “şəhidlər bulağı” abidə kompleksinin abadlaşdırılması, su xətlərinin bərpası, yeni ağac tinglərinin və gül kollarının basdırılması.
  9. Qəsəbə ərazisində bələdiyyənin balansında olan park və xiyabanlarda ağaclara və yaşıllıqlara qulluq olunmuş, yeni ağac tingləri və gül kolları basdılımışdır.
  10. Qəsəbə ərazisində ətraf mühitin qorunması məqsədi ilə mütəmadi olaraq yol kənarına və zibil meydançalarına tökülmüş iri qabaridli tullantıların yığışdırılıb daşınması işləri yerinə yetirilmişdir.

Hesabat ilində bələdiyyə ərazisində park və xiyabanlara əlavə olaraq 250 ədəd şam ağacı, 180 ədəd müxtəlif növ gül kolları əkilmiş, yaşıllıqların suvarılması üçün “Azərsu” ASC ilə müqavilə bağlanıb bələdiyyənin vəsaiti hesabına parkların suvarılması yerinə yetirilmişdir. il ərzində 17 nəfər aztəminatlı və ehtiyacı olan ailələrə 1950 manat maddi yardım edilmiş, 3 nəfər az təminatlı ailənin dəfn mərasiminə 1277 manat köməklik göstərilmiş, Qurban bayramı münasibəti ilə ərazidə yaşayan şəhid ailələrinə, əlillərə, aztəminatlı və imkansız 555 ailəyə qurban payı verilmiş, eləcə də II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70-ci il dönümü və Novruz bayramı yüksək səviyyədə qeyd edilmiş, 10 may - Ulu öndər Heydər əliyevin 92-ci il dönümü, 28 may - Respublika Günü, 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə “Veteranlar xiyabanı” parkında bayram şənliyi təşkil olunmuşdur.

Onu da qeyd etmək istəyirəm ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Latviya bələdiyyələri ilə qarşılıqlı əlaqələr qurulub. 2015-ci il 7-9 avqust tarixlərində bizim nümayəndələrimiz Latviya Respublikasının Yekabpils Bələdiyyəsində olmuş, eləcə də Latviya Respublikası Zemqale regionu və Yekabpils şəhər bələdiyyəsinin geniş tərkibli nümayəndələri rayonumuzda qonaq olmuş, maraqlı müzakirələr və təcrübə mübadilələri aparılımışdır.

2015-ci il oktyabrın 12-dən 18-dək Azərbaycanda Yerli Demokratiya həftəsi keçirilmişdir. Qaraçuxur Bələdiyyəsi bu tədbirlərdə aktiv iştirak edərək “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində qəsəbənin sosial-iqtisadi inkişafında, quruculuq-abadlıq işlərində müəyyən işlər görmüş, “Təmiz qəsəbə” devizi adı altında gündəlik təmizlik işləri yerinə yetirilmişdir. 

Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biridə qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir. Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və  problemləri onların diqqətinə çatdırılıb. Eləcə də yol kənarlarına  və ərazidəki zibilxanalara tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstəririk. Keçən il inzibati ərazidə 6 yerdə məişət tullantıları meydançası tikilib, 42 ədəd yeni konteyner quraşdırılıb və 30 ədəd konteynerin təkərləri dəyişdirilib istifadəyə verilmişdir.

Bu gün qəsəbəmizin hansı guşəsinə üz tutsanız quruculuq sahəsində, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən tədbirlərdə bələdiyyənin rolunu görə bilərsiniz.

inanıram ki, Qaraçuxur Bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəaliyyət göstərən idarə və təşkilarların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, qəsəbədə həyata keçirilən bütün layihələrin icrasında öz layiqli töhvəsini verəcəkdir.

ixtiyar Nəcəfov

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri 

ŞƏRHLƏR