Belediyye.info xəbər verir ki, Səbail və Bibiheybət bələdiyyələrinin qarışılıqlı əməkdaşlığı ilə şəhid övladları üçün bayram tədbiri keçirilmişdir.
I və II Qarabağ müharibəsi şəhidlərinin övladları və Bibiheybət qəsəbəsindən qazi övladları xalqımızın ən əziz bayramı hesab edilən Novruz bayramı münasibətilə musiqili bayram proqramında iştirak etdilər. Tədbir Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 91 saylı orta məktəbdə təşkil olunmuşdur.Məktəbin direktoru Sveta xanımın salamlama çıxışı ilə başlanan tədbir Səbail bələdiyyəsinin sədri Hacı əliyevin çıxışı ilə davam etmiş,səhnədə məktəb şagirdlərinin bayram səhnəcikləri və rəqsləri ifa olunmuş ,sonda rus icması tərəfindən hazırlanmış hədiyyələr uşaqlara təqdim olunmuşdur.
Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova qəsəbədən dəvət olunmuş uşaqları bayram münasibətilə təbrik etmiş, onlara bələdiyyələr tərəfindən hədiyyələrini təqdim etmiş və birlikdə xatirə şəkilləri çəkdirmişdir.
Belediyye.info