Səbail rayonunda formalaşan 3 bələdiyyədən ikisinin-Səbail və Badamdar bələdiyyəsinin sədri həftə ərzində vəzifəsindən istefa verib.
Badamdar bələdiyyəsində dünən keçirilən bələdiyyə iclasında təşkilat məsələsi gündəmə gətirilib və sədrin istefa ərizəsi qəbul edilib. Bələdiyyə iclasında sədrin səlahiyyətlərinin icrası Təzəxan Məmmədova tapşırılıb.
Belediyye.infoya daxil olan digər bir məlumata görə, Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovda bundan əvvəl sədr vəzifəsindən istefa vermişdir.
13 fevral tarixində keçirilən bələdiyyə iclasında sədrin səlahiyyətlərinin icrası bələdiyyə üzvü Səmədağa Aslanova həvalə edilib.
S. Aslanov Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil kommunal təsərrüfatı sistemində məsul vəzifələrdə çalışıb, bir müddət isə Səbail MKTB-nin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, sabiq sədr F.Cəbrayılov 2014-cü ildə bələdiyyə üzvü seçilmiş, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdir. F.Cəbrayılov işgüzarlığı ilə seçilən təşəbbüskar bələdiyyə sədrlərdən olmuşdur.
Bundan əvvəl isə F.Cəbrayılov Səbail bələdiyyəsində üzün müddət bələdiyyə qulluqçusu kimi çalışmışdır.
Belediyye.infoya hər iki bələdiyyə sədrinin istefası məsələsi bələdiyyələrdə təsdiq edilsə də, onların hansı səbəbdən istefa verməsi barədə məlumat verilməyib.
P.S. Mövzunu gündəmdə saxlyacağıq
Belediyye.info