"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi 500 ailəyə bayram payı göndərib

--2015-09-30 / 12:20

“Səbail bələdiyyəsi  inzibati ərazisində yaşayan  aztəminatlı ailələrə,  şəhid ailələrinə, tənha və ahıl qocalara Qurban bayramı münasibətiylə bayram payı göndərib. 500 ailəyə göndərilən bayram sovqatında ətlə bərabər digər ərzaq məhsulları da daxil edilmişdi”- bu fikirləri Belediyye.info saytına sədr Firdövsi Cəbrayılov bildirib. Onun sözlərinə görə,  bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri sosial proqramların həyata keçirilməsidir:

“Təhna və ahıl sakinlərimizi diqqətdə saxlamaqla, onların gündəlik məişət problemlərini həll etmək bələdiyyəmizin əsas vəzifəsi kimi qəbul etmişik. Bu məqsədlə hər bir bələdiyyə iclasında bizə  edilən müraciətlərə diqqətlə yanaşaraq problemlərini həllinə çalışırıq. Bu istiqamətdə bələdiyyə büdcəsinin imkan verdiyi həddə qədər  digər   sosial layihələri də həyata keçirməyi nəzərdə tutmuşuq. ”

Belediyye.info

   

ŞƏRHLƏR