“Cari ildə Səbail bələdiyyəsinin inzibati ərazisində sakinlərlə davamlı şəkildə səyyar görüşlər keçirilir”- bu barədə Belediyye.infoya məlumat Səbail bələdiyyəsindən daxil olub.
Məlumatda qeyd edilir ki, son üç ay ərzində Səbail rayonunun Xəqani, F.əmirov, Q.Abbasov, Xanlar, V.Muradov, A.Məmmədov, Ö.F.Nemanzadə küçələri, Salyan şossesi 32, Axundov bağı, 20-ci sahə ünvanları daxil olmaqla ümumi 12 səyyar görüş keçirilmişdir.
Görüşlərdə Səbail bələdiyyəsinin sədri Hacı əliyev başda olmaqla müavin, komissiya sədrləri, şöbə müdirləri ilə yanaşı RiH-in ərazi üzrə nümayəndəsi, komunal xidmətlərin nümayəndələri, ərazi üzrə mənzil-istismar sahəsinin rəhbərləri və polis əməkdaşları da iştirak edir.
Qeyd edək ki, bu günə kimi keçirilən görüşlərdə ərazilərə asfalt örtüyünün çəkilməsi, həyətyanı ərazilərin, küçə və məhəllələrin abadlaşdırılması, problemli qaz, su, işıq məsələrinin həlli, qurumuş ağacların kəsilməsi və s. bu kimi məsələlərlə 52 nəfərin müraciəti qeydiyyata alınmışdır.
Bir hissə müraciətlər yerindəcə həllini tapmış, bir qisim müraciətə əsasən bələdiyyə tərəfindən aidiyyatı üzrə rəsmi müraciətlər göndərilmiş və mütəmadi olaraq problemlərin həlli istiqamətində tədbirlər keçirilməkdədir.
Məlumatda daha sonra bildirilir ki, Səbail bələdiyyəsinin vətəndaş-bələdiyyə münasibətlərinin inkişaf etdirilməsinə yönələn fəaliyyəti vətəndaş məmnunluğunun təmin edilməsində prioritet məsələ hesab olunur.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|