"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi hesabat verib

--2015-09-09 / 21:51

Belediyye.info saytına Səbail bələdiyyəsinin doqquz aylıq hesabatı daxil olub. Bələdiyyə sədri Firdövsi Cəbrayılovun imzasıyla daxil olan hesabatın bəzi məqamlarını oxucuların diqqətinə çatdırırıq:

-“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun və  Səbail Bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq  Səbail  Bələdiyyəsi 2015-ci ilin 9 ayı ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

Səbail  Bələdiyyəsi 2015-ci ilin  9 ayı ərzində  11 iclas keçirib. iclaslarda 55 məsələ müzakirə olunaraq  müvafiq qərarlar çıxarılıb.  iclasların gündəliyinə çıxarılan məsələlərdən  15-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 13-i maddi yardımlarla, 27-i təşkilati məsələlərlə bağlı məsələlər olub.

Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən çoxsaylı ərizə və müraciətlər də  daxil olub. Onların bir qismi  maddi yardımla, dəfn mərasimi ilə, küçələrə asfalt örtüyünün vurulması ilə əlaqədar olub.  Müraciətlərin xeyli hissəsi müsbət həll edilib. 

Ümumilikdə 2015-ci ilin 9 ayında bələdiyyəyə 271  ədəd sənəd və məktub daxil olub ki, bunlardan 14-ü şəhər icra Hakimiyyətindən,  22-si nazirliklərdən, 95-i   mehmanxanalardan  140-ı idarə və təşkilatlardan göndərilib.

Səbail  Bələdiyyəsi tərəfindən 9 ay ərzində  abadlaşdırma  və yolk təmirinə 102 min manat xərc çəkib. Bələdiyyə bundan əlavə  aztəminatalı ailələrə maddim yardım kimi 23 min manat olub.

A.Abbaszadə küçəsi 19 ünvanında yerləşən binanın fasadının və həyatyanı sahəsində  təmir işləri aparılaraq 44 min manat  vəsait xərcləyib. Xanlar küçəsi,   Q.Abbasov küçəsi,  A.ismayılov küçəsi küçələrində asfalt örtüyü salınmasına  ümimilkdə  50  min manata  yaxın vəsait xərclənib.

Hesabat dövründə bələdiyyənin maraq dairəsində olan işlərdən biri də sakinlərin sosial və maddi yardımlarla bağlı müraciətlərinə baxılması olub. Novruz bayramında 506 nəfər imkansız ailəyə 15300  manat dəyərində ərzaq bağlamaları paylanıb. 

Bundan əlavə  9 may Faşizm üzərində “Qələbə günü” münasibətilə veteranlarla görüş keçirilərək mükafatlar verilib və bayram tədbiri təşkil olunub. Həmçinin imkansız və az təminatlı  vətəndaşlara bələdiyyə tərəfindən dəfn və mərasim xidmətləri göstərilib. Ümumilikdə iki  nəfər imkansız sakinimizin  dəfninin təşkilinə  450 manat xərclənib. Bundan əlavə “Qurban Bayramı” münasibətilə ərazidə yaşayan aztəminatlı ailələrə,qaçqınlara məcburi köçkünlərə bayram paylarının verilməsi nəzərdə tutulub.

Hesabat dövründə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə bələdiyyə vəsait ayırmışdır. 20 Yanvar – Ümummilli Hüzn günü. 8 Mart – Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May – Faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirlərə  20 min manata yaxın  vəsait sərf edilib.

Sonda deyd edək ki, bələdiyyə 9  ay ərzində kifayət qədər iş görsə də, bu, bizi qane etmir. Vəsait azlığından planlaşdırdığımız işlərin bir hissəsini icra edə bilməmişik.

Bu gün Səbail bələdiyyəsinin qarşısında dayanan  əsas vəzifələrdən biri bu sahələrdən gələn vergi və gəlirləri tam toplamaqla, məqsədimiz  rayon  ərazisində nəzərdə tutduğumuz iri layihələri icra etmək və bələdiyyənin istehsal sahələrini yaratmaqdır.

Belediyye.info

ŞƏRHLƏR