Bakı şəhəri Səbail bələdiyyəsi Bakı şəhər icra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsini məhkəməyə verib.
əsas səbəb bələdiyyənin inzibati ərazisində olan avtodayancaqlardan daxil olan ödənişlərdən bələdiyyəyə aid hissəsinin ödənilməməsiylə bağlıdır.
Bələdiyyə sədri Firdövsi ibrahimovun Belediyye.infoya verdiyi məlumata görə, ilkin məhkəmə instansiyasında məhkəmə prosesini uduzsalarda bələdiyyə məsələylə bağlı Apellyasiya məhkəməsinə müraciət edib.
Bələdiyyənin iddiasına görə, qanunla avtodayanacaq xidməti göstərən hüquqi və fiziki şəxslər hər avtomobilə görə aldığı maliyyə vəsaitindən 10 qəpik bələdiyyə büdcəsinə ödəməlidir.
Sədrin sözlərinə görə, bu günədək yerli büdcəyə hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Hazırda bələdiyyə şəhər və rayon icra hakmiyyətlərinə, o cümlədən əmlak məsələri üzrə Komitəsinə rayon ərazisinin inzibati ərazisinin təsdiq edilmiş xəritəsinin alınmasıyla bağlı müraciət edib.
Belediyye.info