"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi Novruz bayramı münasibətiylə şəhid ailələrini ziyarət edib

--2023-03-17 / 06:13

"şəhid və qazı ailələrinə dəstək göstərilməsində, həmişə Azərbaycanda milli həmrəylik nümayiş olunur və bu məqsədlə bütün dövlət, ictimai qurumlar, o cümlədən bələdiyyələr  ehtiyacı olan qazilərə, şəhid ailələrinə hər daim lazımi köməklik göstərirlər"- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı əliyev bildirib.

Sədrin sözlərinə görə, Səbail Bələdiyyəsi üzvləri və kollektiv  Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidləri olan-Cavidan Mirzağa oğlu Ağayev, ismayıl şahvəlad oğlu Hüseynov, Nicat Ayaz oğlu şükürlü, əli Aydın oğlu Tağıyev, Murad Asif oğlu Qurbanov, əli Mehman oğlu Nağıyev, Cəmil Habil oğlu Məmmədli, Yusif Ramiq oğlu Budaqov, Bilal Xanlar oğlu Qənbərov və Fərid Pirəli oğlu əliyevin ailəsinə baş çəkərək bayramlarını təbrik ediblər.
Onlara bayram sovqatları paylanılıb. şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və buna görə dəstək göstərənlərə təşəkkür ediblər.
Qeyd edək ki, Səbail bələdiyyəsinin bu addımına Səbail  Rayon icra Hakimiyyətinin 2 saylı ərazi üzrə nümayəndəsi Mübariz Güləhmədovda yaxından iştirak edərək dəstəyini göstərib. 
Belediyye.info
ŞƏRHLƏR