sorğu
Səbail bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə yaxın günlərdə özünə inzibati bina tikməyi planlaşdırır. Artıq bununla bağlı ərazi ayrıması da həyata keçirilib.
Məlumatda o da qeyd edilir ki, bələdiyyənin bu addımı Səbail Rayon icra hakmiyyəti tərəfindən müsbət dəstəklənib və sənədləşdirmə işinə təkan veriləcəyi bildirilib.
Qeyd edək ki, fəaliyyəti müddətində bələdiyyənin özünə məxsus inzibati binası olmayıb, ötən dövr ərzində bir neçə dəfə yerdəyişmə olub. Odur ki, prosesin bir daha təkrarlanmaması üçün bələdiyyə özünə inzibati bina tikmək qərarına gəlib.
Hazırda layihə-smeta sənədlərinin üzərində işlərin getdiyi bildirilir.
Belediyye.info