"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi sakinlərlə görüş keçirib

--2016-11-04 / 20:08

Görüşdə qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və Azərbaycan Milli Bələdiyyə Assosiasiyasının təmsilçiləri QHT və KiV təmsilçiləri iştirak ediblər.

Görüşü açan Səbail  bələdiyyəsinin sədri Firdövsi  Cəbaryılov Azərbaycanda keçirilən "Yerli demokratiya həftəsi"nin  mühüm əhəmiyyətindən, o cümlədən  Səbail  bələdiyyəsinin  üzərinə düşən məsuliyyət yükündən danışıb.

O həmçinin ötən doqquz ay ərzində Səbail bələdiyəsi tərəfindən görülən işlər, həyata keçirilən layihələr barəsində danışıb. (Bələdiyyə sədrinin çıxışı ayrıca təqdim edilib)

Görüşdə bələdiyyənin  komissiya sədrləri Hacı Babayev, Aliyə Təhmasib , rayon ağsaqqalı  Ömər Ağayev və Azərabycan şəhər, Qəsəbə və Kənd Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov çıxış edərək həftənin keçirilməsinin əhəmiyyətindən danışaraq bu istiqamətdə aparılan islahatların  bələdiyyə inkişafına dəstək verdiyini xüsusiylə vurğulayıblar

Sonda görüş iştirakşılarını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info  

ŞƏRHLƏR