"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi üzvlərinin növbəti iclası keçirilib

--2021-07-14 / 13:32

Səbail bələdiyyəsi üzvlərinin  növbəti iclası keçirilib. iclası giriş sözü ilə açıq elan edən Sabail  bələdiyyənin sədri Hacı əliyev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı. Gündəlikdə olan məsələlərin müzakirəsindən sonra, Komissiya sədri Q.Abbasov sosial təminatı zəif olan ailələr tərəfindən yardım məqsədi ilə müraciətləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

iclasda üzvlərin qərarına əsasən yardım üçün müraciət edən şəxslərə maddi yardım edilməsi ilə bağlı qərar qəbul edildi. Bələdiyyə sədrinin təklifi əsasında qarşıdan gələn Qurban bayramı münasibəti ilə şəhid ailələri, qazilər, aztəminatlı ailələrə qurban paylarının edilməsi qərarı bələdiyyə üzvləri tərəfindən yekdilliklə qəbul edildi.

Sonra Səbail bələdiyyəsi tərəfindən Koronovirus pandemiyasına qarşı Səbail bələdiyyəsinin maarifləndirmə ilə bağlı fəaliyyəti müzakirə edildi, görüləcək tədbirlər barədə müzakirə aparıldı.

Sonda sədr Hacı əliyev pandemiya ilə mübarizədə aktiv iştirak etməyə iclas iştirakçılarının bir daha  diqqətinə çatdırdı.

Belediyye.info

ŞƏRHLƏR