"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsində "Gənclər günü" qeyd edildi

--2023-02-02 / 13:28

2 Fevral - Azərbaycan Gənclər Gününə ilə əlaqədar Səbail Bələdiyyəsi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə gənclərlə görüş baş tutub. Səbail bələdiyyəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bələdiyyə sədri Hacı əliyev iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Səbail bələdiyyəsinin sədri Hacı əliyev gəncləri salamlayaraq bu qəbildən olan tədbirlərin artıq bələdiyyədə ənənə halını aldığı qeyd edib.

Sədr daha sonra qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti ilham əliyev tərəfindən uğurla davam etdirildiyi söylədi.Bu gün ölkəmizdə minlərlə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu qeyd edən H.əliyev Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələr həyata keçirildiyini nəzərə çatdırdı. Gənclər adından çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə və rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd etdi.

Görüş zamanı ötən il ərzində Səbail rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər fəxri diplomla təltif olunub.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR