Səbail bələdiyyəsi “ Yerli Demokratiya Həftəsi” çərçivəsində ilk görüşü keçirib.
Görüşdə bələdiyyə üzvləri, rayon ziyalıları, müharibə veteranları, QHT və KiV təmsilçiləri, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov iştirak edib.
Görüşdə Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılov sakinlər qarşısında geniş hesabat məruzəsiylə çıxış edib.
Çıxışında sədr bildirib ki, ötən dövr ərzində Səbail bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, ərazidə yaşayan müharibə veteranlarına və digər imkansız vətəndaşlara dövlət tərəfindən nəzərdə tutulmuş sosial təminatlardan əlavə olaraq maddi və digər köməkliklər göstərilmişdir. O cümlədən 13 şəhid ailəsinə maddi yardım göstərilmiş, Novruz Bayramı münasibəti ilə 597 nəfərə bayram sovqatı verilmiş və Qurban bayramı münasibəti ilə 650 aztəminatlı ailəyə Qurban payı verilmişdir.
Sədr daha sonra qeyd edib ki, ötən dövr ərzində vətəndaşlardan daxil olmuş 91 ərizə və müraciətlər əsasında 54 vətəndaşa bələdiyyə büdcəsindən maddi yardımlar göstərilmişdir.
Səbail bələdiyyəsinə 2017-ci il 9 ay ərzində vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərin həllinə diqqətlə yanaşılaraq mümkün olan tələblər təmin olunmuş, digərləri ilə bağlı qanunla müəyyən olunmuş müddətdə və qaydada həll olunaraq müraciət etmiş şəxslərə müvafiq cavablar verilmişdir
Sədr çıxışının sonunda qeyd edib ki, prezident ilham əliyevin bələdiyyələrin fəaliyyətinə xüsusi diqqət yetirməsi, bu fəaliyyətin daha da güclü inkişafı üçün dövlətimizin genişmiqyaslı tədbirlər görməsi bizi, bələdiyyələrin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi işində daha da ruhlandırır,
Tədbirdə Səbail bələdiyyəsinin sədr müavini Mehriban Paşayeva çıxış edərək bələdiyyənin üzərinə düşən məsuliyyət yükündən, habelə “Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyənin həyata keçirməli olduğu işlərdən danışaraq “Qaynar xətt”in yaradıldığını və bələdiyyənin inzibati binasının qarşısında, habelə əhalinin sıx toplaşdığı yerlərdə “Bələdiyyə poçt” qutularının quraşdırıldığını qeyd edib. Sədr müavini poçta daxil olan məktub və müraciətlərin vaxtında müzakirə edilərək qərar verilcəyini xüsusiylə vurğulayıb.
Görüşdə Səbail bələdiyyəsinin komissiya sədri Hacı Hacıyev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov, Azərbaycan Yazıçılar Birliyinin təmsilçisi Rauf Aslanov və bələdiyyə qullquçuları çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.
Sonda Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılov sakinləri narahat edən sualları cavablandırıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|