sorğu
Səbail bələdiyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarıyla tənha ahıl və imkansız sakinlərə baş çəkməklə onların ehtiyacı da qarşılanır. Davamlı olaraq həyata keçirilən bu sosial layihə çərçivəsində növbəti addım kimi bələdiyyə nümayəndə heyyəti Valentina Kondratyevanın mənzilində olub. Xəstə və kimsəsiz vəziyyətdə yaşayan xanımın maddi durumu ilə maraqlanmaqla yanaşı, həmdə ərzaq bağlaması təqdim edilib.
Bələdiyyədən daxil olan məlumata görə, bu qrupa aid insanlar sistemləşdirilərək onlara maddi yardımlar edilir və ərzaq bağlamaları paylanılır.
Belediyye.info