Səbail bələdiyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.
Artıq 5-ci çağırış keçirilmiş bələdiyyə seçkilərindən 3 il ötmüşdür. Ötən müddət ərzində Səbail bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmiş, şəhid ailələri və qazilərimizlə mütəmadi əlaqə saxlanılaraq ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər görülmüşdür.
Dövlətimizin başçısı deyib: “Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. ikinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir”Bu haqq savaşında Səbail rayonunda da şəhidlərimiz, qazilərimiz oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident ilham əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.
Səbail bələdiyyəsi olaraq, tərəfimizdən rayonumuzda II Qarabağ müharibəsində iştirak edib şəhid olmuş övladlarımızın ailələrinə və yaralanan əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi və bu günə kimi bu diqqət davam edir.
2022 –ci il ərzində Səbail bələdiyyəsi üzvlərinin 25 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.
Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 255 ərizə, təşkilatlardan isə, 8123 məktub daxil olmuşdur. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Səbail Bələdiyyəsi 2022-ci ilin ilk günlərində öz inzibati ərazisində yaşayan Çernobil əlilləri ilə görüş keçirmiş və onları Yeni il münasibəti ilə təbrik edib gələcək həyat və fəaliyyətlərində uğurlar arzu etmişdir və onuda qeyd edək ki,Çernobil əlilləri daima Səbail Bələdiyyəsinin diqqət mərkəzindədir.
20.01.2022-ci ildə Səbail Bələdiyyəsinin kollektivi Azərbaycan Respublikasının qanlı tarixinin şəhidlərini yad etmək üçün şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərimizin məzarlarına əklil və gül dəstələri qoymuşdur.Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan 20 yanvar şəhidimiz Larisa Məmmədovanın ailəsinin yaşadıqları evin qarşısında şəhidimizin adının əbədiləşdirilməsi üçün müraciətinə əsasən yaşadıqları evin önünə xatirə barelyefi quraşdırılmışdır.
02.02.2022-ci ildə Səbail Bələdiyyəsinin rəhbər heyəti Türk Dünyası bələdiyyələr birliyinə üzv bələdiyyələrlə onlayn video konfransda iştirak etmişdir.iclasda bir çox məsələlər müzakirə olunmuşdur və qarşıdaki zamanlarda bu cür iclasların daha sıx və mütəmadi keçirilməsi qərara alınmışdır.
02.02.2022-ci il tarixində həmçinin Səbail Bələdiyyəsində Gənclər Gününə həsr olunmuş tədbirdə keçirilmişdir.Tədbirdə Səbail bələdiyyəsinin gənc perspektivli əməkdaşları və Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan, dövlətçilik siyasətinin vətəndaşlar arasında mütəmadi təbliğ edən gənc sakinlərimizdə Səbail Bələdiyyəsinin sədri tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşlar.
26.02.2022-ci il Xocalı soyqırımının anım günü olaraq Səbail Bələdiyyəsi kollektivi Ana harayı abidə kompleksinin ziyarət etmiş ,abidə önünə əklil və gül çələngləri qoyaraq şəhidlərimizin ruhuna dualar etmişlər.
08.03.2022-ci 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Səbail bələdiyyəsində tədbir təşkil olunmuşdur.Tədbirdə Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan şəhid anaları və xanımları, o cümlədən aztəminatlı ailələrdə yaşayan bir çox xanımlar bələdiyyəmiz tərəfindən müxtəlif hədiyyələrlə təbrik edilmiş və hər zaman Azərbaycan xanımına xas olan xüsusiyyətlərin qorunub saxlanılması arzu edilmışdır.
21.03.2022-ci ildə Azərbaycanımızın adət-ənənələri ilə zəngin milli bayramımız olan Novruz Bayramı ilə əlaqədar olaraq bələdiyyəmiz tərəfindən konsert proqramı təşkil olunmuşdur.Konsertdə Vətən uğrunda şəhid olan oğullarımızın ailə üzvləri, aztəminatlı ailələr, Çernobil əlilləri,Səbail rayon əlillər cəmiyyətinin üzvləri və rayon sakinləri iştirak etmişlər.
29.04.2022-ci il tarixində Səbail Bələdiyyəsinin inzibati binasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən bələdiyyəmizin üzv və qulluqçularına ekologiya ilə bağlı müxtəlif mövzularda seminar keçirilmişdir.
10.05.2022-ci il tarixində Ulu Öndərimiz Heydər əliyevin anadan olması ilə əlaqədar olaraq ilk öncə Səbail Bələdiyyəsinin konfrans zalında anım tədbiri keçirildi, daha sonra isə Səbail Bələdiyyəsi üzvləri və qulluqçuları kollektiv şəkildə Fəxri Xiyabana gedərək Ulu Öndərimizi ziyarət edərək məzarı üzərinə əklil və gül dəstələri qoymuşlar.
13.05.2022-ci il tarixində ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşları tərəfindən Bələdiyyə qulluqçularına müxtəlif mövzularda seminarlar keçirilmişdir.
28.05.2022-ci il Respublika günü ilə əlaqədar olaraq Səbail Bələdiyyəsinin inzibati binasında tədbir keçirilmişdir.Tədbirdə Bələdiyyə sədri çıxış edərək respublikamızın hansı çətinliklərdən keçərək bu cür güclü dövlətə çevirilməsi haqqında ətraflı danışaraq bu gün münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.
02.06.2022-ci il tarixində Koranavirus pandemiyasının azalmasının nəzərə alaraq Səbail bələdiyyəsi üzv və qulluqçuları vətəndaşlarla səyyar görüşləri bərpa etdi.Vətəndaşlarla görüşlərdə üzə çıxan problemlərlə bağlı yerindəcə tədbirlərin görülməsi həyata keçirilir.əgər hər hansı bir problem bələdiyyə səlahiyyətlərindən kənar olması qeydə alınmışsada o zaman müvafiq qurumlara bələdiyyəmiz tərəfindən problemin həllinə köməkliklə bağlı rəsmi müracət ünvanlanmışdır.
Səbail bələdiyyəsi tərəfindən hər il olduğu kimi hesabat dövründə də Ramazan və Qurban bayramlarında əhalinin aztəminatlı ailələrinə və həssas təbəqə olan şəhid ailələlərinə, qazilərə və vətən müharibəsi iştirakşılarına bayram sovqatları və ərzaq yardımı edilmişdir. Belə ki, müvafiq olaraq Ramazan bayramında məbləğdə, Qurban bayramında isə 10 şəhid ailəsinə və 300 aztəminatlı imkansız ailələrə ailəyə 10500 (on min beş yüz) manat məbləğdə maddi yardım edilmişdir. 2022-ci ilin II yarısında başlayaraq bələdiyyə ərazisindı mütəmadi olaraq ayda 4-5 dəfə vətəndaşlarla görüşlər təşkil olunmuş, müraciət və şikayətləri qeydə alınaraq həlli istiqamətində işlər görülmüşdür.
Novruz bayramı ilə əlaqədar, şəhid ailələri,müharibə veterenları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələrinə cəmi 100 nəfər olmaqla, 2640 (iki min altı yüz qırx) manat dəyərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Səbail Bələdiyyəsinin iYUN üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
02.06.2022 |
Axundov bağında |
10.06.2022 |
Salyan yolu 32 |
16.06.2022 |
Xanlar küçəsi |
23.06.2022 |
Salyan şossesi 32 (şixov) |
30.06.2022 |
Xanlar küçəsi |
15.06.2022-ci il tarxində Səbail Bələdiyyəsinin konfrans zalında Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir, daha sonra isə Səbail Bələdiyyəsi üzvləri və qulluqçuları kollektiv şəkildə Fəxri Xiyabana gedərək Ulu Öndərimizi ziyarət edərək məzarı üzərinə əklil və gül dəstələri qoymuşlar.
26.06.2022-ci il tarixində Səbail bələdiyyəsinin Silahlı Qüvvələr Günü münasibəti ilə üzv və qulluqçuları Səbail bələdiyyəsinin inzibati ərazisində yaşayan şəhid və qazi ailələrinin evlərində olmuşlar , görüşlərdən sonra şəhid ailələri ilə birlikdə şəhid məzarları ziyarət edilərək gül və əklil dəstələri qoyulmuşdur.
Səbail Bələdiyyəsinin iYUL üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
08.07.2022 |
Qurban Abbasov küçəsi 50,52 |
14.07.2022 |
Xaqani küçəsi 19/13 |
21.07.2022 |
Ö.F.Nemanzadə küçəsi 52 |
28.07.2022 |
Salyan yolu 32 |
09-10.07.2022-ci il tarixində Səbail Bələdiyyəsi tərəfindən Qurban Bayramı münasibəti ilə bələdiyyənin inzibati ərazisində yardım aksiyası keçirilib. Qurban Bayramı münasibəti ilə aztəminatı ailələrə, çernobil əlillərinə,şəhid aillərinə, qazilərə, əlilliyi olan şəxslərə qurban payları verilmişdir.
28.07.2022-ci il tarixində Səbail Bələdiyyəsi BMT-nin şərq tərəfdaşlığı üzrə elan etdiyi Beynəlxalq Qrant müsabiqəsində “ikinci Nəfəs” adlı layihə ilə qalib gəlmişdir.
Səbail Bələdiyyəsinin AVQUST üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
04.08.2022 |
Aydın Məmmədov küçəsi (Abad məhəllə |
11.08.2022 |
V.Məmmədov küçəsində |
18.08.2022 |
Fikrət əmirov küçəsi 1 və Xaqani küçəsi 26/32 |
25.08.2022 |
şeyx şamil 15 |
10.08.2022-ci il tarixində Səbail Bələdiyyəsi üzv və qulluqçülarından ibarət bir komanda yaradaraq öz inzibati ərazisində Narkomaniyaya qarşı mübarizə ilə bağlı gənclərlə fərdi görüşlər keçirmişdir.
Səbail Bələdiyyəsinin SENTYABR üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
01.09.2022 |
Ö.F.Nemanzadə |
08.09.2022 |
Ü.Hacıbəyov 45 |
15.09.2022 |
Fərman Qurbanov |
23.09.2022 |
Teymur Elçin 6 |
29.09.2022 |
əlibəyov qardaşları 45 |
23.09.2022-ci il tarixində Səbail Bələdiyyəsinin üzv və qulluqçuları şəhid ailələrinə ziyarət edib onların problemlərini dinləyib və müvafiq göstərişlər verilərək,problemlərin aradan qaldırılması ilə bağlı əməli addımlar atılmışdır. Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhid və qazi ailələrinə ərzaq yardımı verilməsi üçün 10 şəhid ailəsi və 68 qazi iştirakçısına ümümilikdə 78 pay olmaqla 7800 (yeddi min səkkiz yüz) manat vəsait ayrılmışdır.
Səbail Bələdiyyəsinin OKTYABR üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
06.10.2022 |
Elçin əzizov |
13.10.2022 |
R.Behbudov küç., 8 |
20.10.2022 |
i.Məmmədov |
27.10.2022 |
Mətbuat pr. 2 |
01.10.2022-ci il tarixində Səbail Bələdiyyəsi qulluqçuları Ahıllar Günü münasibəti ilə bələdiyyənin inzibati ərazisində yaşayan yaşlı insanlara baş çəkmiş və onların qayğıları ilə maraqlanıb,həlli yolunda köməkliklər göstərmişlər.
18.10.2022-ci il tarixində Səbail Bələdiyyəsi Müstəqillik Günü münasibəti ilə bələdiyyənin akt zalında tədbir keçirmişdir.Tədbirdə çıxış edən bələdiyyə sədri Hacı əliyev ölkəmizin müstəqilliyi əldə edib onu necə çətinliklərlə qoruyub saxlanılmasından, Ulu Öndər Heydər əliyevin misilsiz idarəçilik qabiliyyətindən bəhs edərək, hal-hazırda Ulu Öndərimizin davamçısı cənab prezidentimizin siyasi irsi uğurla davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.Müstəqilliyimizin əbədi olması yolunda əlindən gələn hər bir köməkliyi etdiklərini və bundan sonrada müstəqilliyin qorunub saxlanılması üçün cənab prezidentin ətrafında Dəmir yumruq kimi birləşməyin vacib şərt olduğunu bildirdi.
Səbail Bələdiyyəsinin NOYABR üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
03.11.2022 |
Z.əliyeva |
10.11.2022 |
ə.Cavad |
16.11.2022 |
A.Quliyev |
24.11.2022 |
Y.Mürsəlov 119 |
01.11.2022-ci il tarixində Səbail Bələdiyyəsinin inzibati ərazisində Salyan 32 ünvanında I Qarabağ şəhidi əsgərov Cəbrayıl Fəyaz oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bələdiyyə tərəfindən xatirə lövhəsi hazırlanmışdır.Eyni zamanda xatirə lövhəsinin ətrafında abadlıq işləri aparılmış və yollara asfalt örtüyü çəkilmişdir.
08.11.2022-ci il tarixində Səbail Bələdiyyəsi üzv və qulluqçuları Zəfər Günü ilə münasibəti ilə Səbail bələdiyyəsinin inzibati ərazisində yaşayan şəhid və qazi ailələrinin evlərində olmuşlar , görüşlərdən sonra şəhid ailələri ilə birlikdə şəhid məzarları ziyarət edilərək gül və əklil dəstələri qoyulmuşdur
2022-ci ilin dekabr ayında şəhid Ağayev Cavidan və şəhid Qurbanov Muradın ailə üzvlərinin toy mərasimləri olmuş və Səbail bələdyyəsi bu tədbirdə fəal iştirak edərək, ailələrinin sevincinə şərik olmuşdur. Öz növbəsində bir iki ailənin tədbirinə hədiyyə və pul vəsaiti ilə dəstək olmuşdur və 4000 (dörd) min manat məbləğində vəsait xərclənmişdir.
Yeni il bayramı və Həmrəylik günü ilə əlaqədar 30 ədəd bayram sovqatlarının alınmasına 1500 ( bir min beş yüz ) manat vəsait ayrılmışdır.
Yeni il ərəfəsində aztəminatlı ailələrin müraciətinə əsasən maddi yardımlar edilmişdir.
Səbail Bələdiyyəsinin DEKABR üçün vətəndaşlarla keçirilmiş səyyar görüşün CəDVəLi
08.12.2022 |
ş.Allahverdiyev 2 |
15.12.2022 |
A.iskəndərov |
22.12.2022 |
M.Muxtarov |
Səbail bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2022-ci il üçün 932.076 manat təşkil etmişdir. Dövrün əvvəlinə qalıq 3636 (üç min altı yüz otuz altı) manat, dövrün sonuna qalıq isə 2011 (iki on bir) manat təşkil edir.
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən daxil olan tövsiyələrə və qanunvericiliyə istinad edərək, vergi mütəxəssisləri vergi yığımının artırılmasında böyük səy göstərmişlər.
Bu da 2021-ci il üzrə müqayisədə yerli (bələdiyyə) büdcənin gəlirləri 12,37 % çox olmuşdur.
O cümlədən:
- fiziki şəxslərdən torpaq vergisi – 13530 manat;
- fiziki şəxslərdən əmlak vergisi – 228.287 manat;
- kurort və mehmanxana rüsumu- 522.954 manat.
- Avtomobil dayanacaqlarında - 115.230 manat
- Reklam yerləşdirilməsi və yayıımı üçün ödənişlər- 1.875 manat
- Azərbaycan Respublikası dövlət büdcəsindən verilən vəsait – 38.200 manat
- Digər gəlirlər – 12.000 manat
2022-ci il ərzində xərclər isə - 933701 manat təşkil etmişdir.
O cümlədən:
- Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri(AşBMA üzvlük haqqı, bank xidməti,poçt xidməti, texniki avadanlıqların təmiri və saxlanması, Kommunal, kommunikasiya xidmətlərinin ödənilməsi və digər xidmət haqlarının ödənilməsi) – 266842 manat
- Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 334255 manat;
- Bələdiyyə işçilərinin əmək haqlarından Dövlət Sosial Müdafiə Fonduna, icbari Tibbi Sığorta, Silahlı Qüvvələrə Yardım Fonduna, Həmkarlar ittifaqı Komitəsinə ayırmalar- 85195 manat;
- Vətəndaşların müraciətlərinə əsasən maddi yardımlara, ərzaq yardımlarına və digər müraciətlərə əsasən ayırmalar – 103593 manat;
- Abadlıq-təmir işlərinə ayırmalar - 133286 manat;
- Mədəni- kütləvi bayram tədbirlərin təşkili, mədəniyyət, incəsənət, informasiya və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclər – 10530 manat
Bələdiyyəimizin fəaliyyətində hər zaman şəhadətə ucalmış, canından, qanından keçmiş şəhid övladlarımızın ailələrinə, qazilərimizə köməkliyimizi, dəstəyimizi əsirgəməyəcəyik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.Bu məqsədlər Vətən müharibəsində şəhid olmuş bələdiyyə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ailələrinin müraciəti əsasında yaşadığı ərazilərdə abadlıq yenidənqurma işləri aparılır, barelyefləri quraşdırılır.Son 6 ay ərzində Səbail Bələdiyyəsinin inzibati ərazisində 5 şəhidimizin barelyefi quraşdırılmışdır.
Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.
Bundan sonrakı fəaliyyətimizi ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini işdə rəhbər tutacağıq.
Hacı əliyev
Səbail bələdiyyəsinin sədri