Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılov Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin təsis etdiyi “Bələdiyyə bayrağı” döş nişanı ilə təltif edilib.
Komitə sədri Məhərrəm Xəlilovun imzaladığı əmrlə Firdpvsi Cəbrayıov “bələdiyyə sahəsində səmərəli fəaliyyətinə görə” təltif edilib.
Xatırladaq ki, F.Cəbaryılov 1978-ilin oktyabr 25-də Masallı rayonunda anadan olub. Ail təhsil aldıqdan sonra bir sıra xidmət sahələrində və 2009-cu ildən Səbail bələdiyyəsində bələdiyyə qulluçusu kimi fəaliyyətini davam etdirib.
2014-cü ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2015-ci ilin yanvaında isə Səbail bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
Hazırda ölkədə foramlaşan 1607 bələdiyyə arasında Səbail bələdiyyəsi ən fəallarından biridir.
Məhz Firdövsi Cəbrayılovun sədrliyi dövründə bələdiyyə bir çox maraqlı təkliflərlə çıxış edib.
Belediyye.info
|
|
|
|