Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun əmriylə Səbail bələdiyyəsinin sədri Hacı əliyev Səbail rayonun ictimai işində fəal iştirakına, peşəkar və səmərəli fəaliyyətinə, sakinlərin rifahı naminə vicdanlı əməyinə görə "Bələdiyyə bayragi" döş nişanı ilə təltif edilib. Səbail bələdiyyəsində qulluqçularında iştirakıyla keçirilən iclasda təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edən qurumun təmsilçisi Məhəmməd Kərimov Səbail bələdiyyəsinin fəaliyyətinə toxunaraq, görülən işlərdə, həyata keçirilən layihələrdə sədr Hacı əliyevin xüsusi rolu və əməyi olduğunu bildirib.
Həmkarlar təskilatının apardığı müşahidələrdən və yerli təşkilatdan alınan məlumatlarda "Koronovirus" pandomiyasi dövründə bələdiyyənin sabit fəaliyyətinə toxunaraq işçilərin əmək hüququnun qorunmasında bütün məqamların qanun çərçivəsində qorunması mühüm əhəmiyyət kəsb edib. Məhz bu amili nəzərdə tutan həmkarlar təşkilatının belə bir qərara gəldiyini bildirib. Səbail bələdiyyəsinin sədri Hacı əliyev onun əməyinə sədr olaraq fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib.
Təqdimatda Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov, Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, "Bələdiyyələrin fəaliyyətinin təbliği" ictimai birliyin sədri Vüqar Tofiqli, rayonun birləşmiş həmkarkar təşkilatın sədri Nurel Kərim və bələdiyyənin komissiya sədri Manaf Talibov çıxış edərək fikirlərini bildiriblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|