sorğu
Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqından Belediyye.infoya daxil olan məlumata görə, ittifaqın Səbail Rayon Komitəsində sədr dəyişikliyi baş verib.
Sədr Rizvan Həsənov başqa işə keçməsiylə əlaqədar komitə sədrliyindən öz ərizəsiylə işdən azad edilib.
Qeyd edək ki, Rizvan Həsənov Səbail bələdiyyəsində hüquqşünas vəzifəsində çalışıb, uzun illər hüquq-mühafizə orqanlarında çalışıb.
Bu günlərdə Komitənin idarə heyətinin toplantısında Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovun təklifiylə Sərxan əliyevin komitə sədrliyinə namizədliyi irəli sürülərək təsdiq edilib.
Qeyd edək ki, Sərxan əliyev Səbail bələdiyyəsində çalışır.
Belediyye.info