"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail RiH Bayılda baş verən sürüşməyə aydılnlıq gəitirib

--2018-01-29 / 07:57

Son bir neçə gün ərzində müxtəlif KiV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılat tıkintilər və s. ilə əlaqələndirilir.

Bununla bağlı bildiririk ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib

Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olumub və araşdırılır.

Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi  üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaqdır.

Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin,  Dövlət şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amımin təsiri sualını aradan qaldırır.

Hazırda RiH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və  ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaqdır.  

 Belediyye.info

  

 

 

 

 

ŞƏRHLƏR