"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail və Nərimanov Rayon icra Hakimiyyətləri üz-üzə gəldi

--2017-11-10 / 06:01

Dövlət Bayrağı günündə idman və istirahət parkinda təşkil olunan ilk idman yarışı paytaxt Bakı şəhərinin dostluq və əməkdaşlıq əlaqələrinin çox sıx olduğu Səbail və Nərimanov rayonlarının icra Hakimiyyətləri Aparatlarının əməkdaşları arasinda keçirilən mini futbol üzrə yoldaşlıq görüşü olmuşdur.

Bu barədə məlumatı Səbail RiH yayıb. Gündəlik iş prossesində daima əlaqəli çalışan, paytaxtımızın sosial-iqtisadi inkişafına öz töhfələrini verən bu iki dost rayon arasında keçirilən yoldaşlıq oyununda rayon rəhbərləri, icra aparatlarının həm gənc, həm də veteran əməkdaşları iştirak etmiş, yekunda dostluq qələbə çalmışdır.

Gələcəkdə də rayonlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərən idmanın başqa növləri üzrə də yoldaşlıq yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur.

Xatırladaq ki, ölkə başçısınin tapşırığı ilə Səbail Rayon icra Hakimiyyəti tərəfindən xüsusi layihə əsasında tikilmiş və cənab prezidentin iştirakı ilə bu ilin oktyabr ayının 28-də açılışı olmuş idman və istirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir.

 Belediyye.info

 

 

ŞƏRHLƏR