"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbaildə uşaq bağçası tikilir

--2017-07-31 / 05:08

Səbail rayonunda məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyətini hər zaman diqqət mərkəzində saxlayan RiH tərəfindən 2016-cı ilin  ilinin sonunda Bayıl yaşayış sahəsi, Xanlar küçəsində 100 il əvvəl inşa olunmuş və   qəzalı vəziyyətdə olan binada yerləşən, 100-dən çox uşağın tərbiyə aldığı 157 saylı uşaq bağçasının əsaslı təmirinə başlanmaq qərara alınmışdır.

Səbail rayon icra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini israfil Kərimov  Belediyye.infoya bildirib ki, bağçanın köhnə və qəzalı binada yerləşməsi və bununla da təmir işlərinin çətinləşməsi ilə əlaqədar RiH tərəfindən bu binanın sökülərək yenində   müasir standartlara tam cavab verən layihə sənədləri əsasında yenidən tikilməsinə qərar verilmişdir.

Keçən müddət ərzində köhnə bina sökülmüş, yeni, 3 mərtəbəli,   əvvəlkindən  daha geniş, daha çox sayda uşaq qəbul edə biləcək yeni bağça tikilir. Hazırda burada tikilən binanın daxilində işlər gedir. Daxili dizayn işlərinə başlanmışdır. Burada uşaqların tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılacaq və yeni bağçanın açılışı cari ilin sentyabr-oktyabr aylarına planlaşdırılmışdır.  

 Belediyye.info

ŞƏRHLƏR