"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Seçicilər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşırıq- BəLəDiYYə SəDRi YAZIR

--2017-02-16 / 04:08

Yevlax Bələdiyyəsi öz fəaliyyətini «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə yanaşı, həm də hər ilin əvvəlində özünün müvafiq qərarı ilə təsdiq etdiyi illik perspektiv iş planı əsasında tənzimləyir. Həmin iş planına görə ənənəvi olaraq yerli büdcə, yerli sosial,yerli ekoloji, yerli iqtisadi inkişaf və hüquq məsələləri  sahəsində mövcud vəziyyət həm yarımillik, həm də illik yekuna  görə tərəfimizdən təhlil olunaraq gündəmə gətirilir, müzakirənin nəticəsi olaraq müvafiq qərarlar qəbul edilir.

2016-cı il ərzində Yevlax bələdiyyəsi öz səlahiyyətləri daxilində bir sıra tədbirləri həyata keçirmişdir. Hər ilin əvvəlində tərtib etdiyimiz fəaliyyət proqramına və iş planına əsasən bir çox işlər görülmüşdür.

2016-cı ilin hesabat dövrü ərzində bələdiyyədə ümumilikdə 33  iclas keçirilərək buna uyğun 156 müvafiq qərarlar qəbul edilmiş və həmin qərarlar bələdiyyələrə inzibati nəzarəti həyata keçirən ədliyyə Nazirliyinin Bərdə Regional  şöbəsinə vaxtında təqdim olunmuşdur. Daha sonra  fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsinə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə Yevlax bələdiyyəsi diqqətlə yanaşır.

Yevlax bələdiyyəsi çalışır ki, sakinlərlə qurulan əlaqə, qarşılıqlı işlər, birgə keçirilən tədbirlər həmişə öz müsbət nəticəsini göstərsin.

Yevlax bələdiyyəsinin 17 nəfər üzvü vardır. Onlardan 7 nəfəri qadındır. Ümumilikdə 5 komissiyya fəaliyyət göstərir. Yaranmış problemlərin həlli ilə əlaqədar daimi komissiyyalar sərbəst müzakirələr aparır, bələdiyyənin iclaslarına rəy və təkliflər verir, müzakirəyə çıxarılan məsələlərin hazırlanmasında birbaşa iştirak edirlər. Bunun üçün hər bir daimi komissiyya öz fəaliyyətini daşıdığı ada uyğun sahələr üzrə istiqamətləndirir. Bələdiyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçiririk. Ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik. Ona görə də seçicilər  tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetiririk.

2016-cıi ildə bələdiyyə büdcəsinə  fiziki şəxslərin torpaq vergisindən 1746,0 manat,  əmlak vergisindən 11378,0 manat, torpaq icarəsindən 5650,0 manat, küçə reklamlarından 4082,0 manat,  atomobillərin dayanacağından 2126,0 manat, torpaq alqı-satqısından 41691,0 manat toplanıb.  22000,0 manat isə dövlət büdcəsindən ayrılan dotasiyadan daxil olmuşdur. Yəni büdcənin mədaxil hissəsi  88693,0 manat olmuşdur.  

2016-ci ildə büdcəmizin məxaric hissəsi 88520,0  manat olmuşdur. Belə ki, bu vəsaitin 31169,0 manatı əmək haqqına, 8460,0 manatı DSMF-na, 1169,0 manatı  11 saylı ərazi Vergilər idarəsinə, 1721,0 manatı maddi yardıma, 824,0 manatı ezamiyyə xərcinə, 176,0 Silahlı Qüvvələrin yardım Fonduna, 1400,0 manatı AşBMA-na üzvlük haqqına, 14344,0 manatı  reyestr xidmətləri xərcinə, 381,0 manatı əMDK yanında HT-nə, 948,0 manatı Telekommunikasiyaya, 33,00 manatı Azərpoçt MMC-yə, 1125,0 manatı Azərişıq ASC-yə,  1083,0 manatı abunə haqqına, 1743,0 manatı inzibati idarə binasının cari təmirinə, 21110,0 manatı abadlıq və quruculuq işlərinə,  500,0 manatı  audit xidmətinə, 846,0 manatı dəfətərxana və təsərrüffat xərcləri üçün, 1100,0  manatı səhvən alqı-satqıya köçirilmüş pul vəsaiti, 388,0 manat isə bank xidmətlərinə xərclənmişdir.

2016-cı ildə bələdiyyə mülkiyyətinə aid 1490,0 kvm. olmaqla hərrac-müsabiqə yolu ilə 10 ədəd  torpaq sahəsi sahibkarlıq məqsədilə satılaraq əldə olunan vəsait bələdiyyə büdcəsinə mədaxil olmuşdur.

2016-cı ildə bələdiyyə mülkiyyətinə aid  15.012 kvm. olmaqla 40 ədəd torpaq sahəsi  həyətyanı məqsədilə satılaraq əldə olunan vəsait  bələdiyyə büdcəsinə daxil olmuşdur.

Bələdiyyənin mülkiyyətində 1 inzibati bina,  3 park – «Müstəqillik», S.Vurğun adına və Bələdiyyə parkları, Dədə Qorqud və Bələdiyyə parklarında 2 idman meydançası vardır.

E.Səfərəliyev

Yevlax bələdiyyəsinin sədri                           

 

 

 

 

ŞƏRHLƏR