Hər birinizi Bələdiyyəmizin hesabat yığıncağında salamlayır, iştirakınıza və göstərdiyiniz dəstəyə görə minnətdarlığımızı bildiririk...
Hesabat məruzəsinə başlamazdan əvvəl Prezident ilham əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.”
Elə təkcə bu fikir Ulu öndər Heydər əliyevin cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin möhtərəm Prezidentimiz, cənab ilham əliyev tərəfindən uğurlu davamını və bunun Azərbaycanın nailiyyətərini təmin edən əsas amil olduğunu təsdiq edir.
2017-ci ildə Prezident ilham əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, dünyada tanıdılması, xalqımızın rifahı naminə böyük qətiyyətlə atılan addımlar, ölkəmizin qazandığı misilsiz uğurlar: Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2 milyard ton neft hasilatı, dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ölkəmizin dünya enerji sənayesində həlledici faktor olduğunu, regionda oynadığı xüsusi rolu təsdiq edən mühüm tarixi hadisələrdir. Eyni zamanda, Davos Dünya iqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinin indeksini açıqladı. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşdı. Bu, MDB məkanında birinci yer deməkdir. Möhtərəm Prezidentimiz, cənab ilham əliyev 2017-ci ilin noyabrında ölkəmizin uğurlarını Brüsseldə, NATO-nun şimali Atlantika şurasının və Avropa ittifaqının şərq tərəfdaşlığı sammitinin ali kürsülərindən səsləndirdi və bunun, “müstəqilliyimiz, düşünülmüş siyasət və xalq-iqtidar birliyi hesabına” qazanıldığını diqqətə çatdırdı. Bu uğurlar ölkəmiz, dövlətimiz, Prezidentimizlə bağlı haqlı fəxarət hissimizi daha da artırır...
Daha uğurlu gələcəyə hədəflənən islahatlar dövrü ərzində respublikamızda bələdiyyə orqanlarının və yerli özünüidarəetmə institutlarının da inkişaf etdirilməsi üçün strateji məqsədlər müəyyən olunub, bu inkişafın təmin olunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilib. Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətlənib. Son illərdə bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verirlər.
Haqqında danışdığımız islahatlar Azərbaycanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da uğurla həyata keçirilir. Biz də bələdiyyə olaraq çalışırıq ki, öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirək və bu inkişafa öz töhfəsini verən rayonumuzun birincilik mövqeyini qoruyub saxlayaq.
Hər il bələdiyyələr seçiçilər qarşısında gördüyü işlər barədə hesabat verir. Bizim üçün bu çox vacib və məsuliyyətli məqamdır. Seçiçilərin işimizə verdiyi qiymət, onların təklifləri bizim üçün növbəti dövrdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsində son dərəcə əhəmiyyətlidir.
Binəqədi Bələdiyyəsi hər il olduğu kimi 2017-ci ildə də öz işini cənab Prezident ilham əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə, Yerli icra hakimiyyətinin tövsiyələrinə və bələdiyyənin 2017-ci il üçün iş planına uyğun həyata keçirib.
Mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilib, baxılmış məsələlərlə bağlı qərarlar qəbul olunub və onların icrası təmin edilib, sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması diqqətdə saxlanılıb. 2017-ci ildə bələdiyyəmizin 16 iclası keçirilib, 43 qərar qəbul edilib. Ümumi iclasların protokolları mütəmadi olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına da hər zaman xüsusi diqqət yetirilir. Hesabat dövründə bələdiyyənin ünvanına daxil olan ərizə və müraciətlərə qanunla tələb olunan vaxtda baxılıb və və cavablandırılıb. Təhlil göstərir ki, əsasən vətəndaşlar ayrı-ayrı arayışların verilməsi, bələdiyyə ilə bağlanan müqavilələrin vaxtının uzadılması, Vergi ilə bağlı şəxsi hesab kodunun yenilənməsi – ləğv edilməsi, yeni şəxsi hesab kodunun açılması, güzəşt hüququnu nəzərə alaraq, əmlak vergisindən azad edilməsi və ya güzəşt edilməsi, vergi borcunun ödənilməsinə dair itirilmiş qəbzlərin surətlərinin təqdim olunması, torpaq sahəsi ilə bağlı mübahisəli məsələlərin həlli, asfalt örtüyünün vurulması, sahibsiz küçə itlərinə qarşı müvafiq tədbirlərin görülməsi, qurumuş ağac və kolların ekoloji normaları qorumaq şərti ilə budanmasının təmin edilməsi və s. bu kimi mövzularla əlaqədar müraciət ediblər. Belə ki, il ərzində bələdiyyənin ünvanına _373 müraciət daxil olub, bunların həlli istiqamətində müvafiq addımlar atılıb.
Vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə 012-562-85-16 nömrəli qaynar xətt də fəaliyyət göstərir. Facebook sosial şəbəkəsində yaradılmış səhifəmiz isə daim yenilənir, görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumatlar mütəmadi olaraq bu səhifədə paylaşılır və səhifənin aktivliyi xüsusi nəzarətdə saxlanılır.
Bütün bu kimi tədbirlər bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafina və şəffaflığının artırılmasına xidmət edir.
Bələdiyyəmiz öz işini Binəqədi rayon ərazisində fəaliyyət göstərən özünüidarəetmə qurumu kimi RiH ilə sıx təmasda, qarşılıqlı işgüzar əlaqələr əsasında qurub. RiH-nin bələdiyyəmizə diqqəti özünü bütün sahələrdə bariz şəkildə göstərir. Rayon icra Hakimiyyətinin tövsiyələrinə əsasən yaradılmış ictimai-humanitar sektorun səmərəli fəaliyyəti də məhz bu əməkdaşlığın sübutudur. Hesabat dövründə Sektor öz işini səmərəli qurub və məqsədəuyğun fəaliyyət proqramı tərtib edilib. Proqrama əsasən il ərzində çoxsaylı layihələr həyata keçirilib.
Bələdiyyə sakinlərin Sosial problemlərinin həllində də səylərini əsirgəmir. Tənha qocalar, əlillər, şəhid və aztəminatlı ailələrin məişət şəraiti ilə maraqlanır, bu məsələni daim diqqət mərkəzində saxlayır. “Müqəddəs Ramazan ayı”nda sakinlər üçün “iftar süfrələri” təşkil edilib, “Qurban” bayramı və digər bayramlarda ərazidə yaşayan sakinlərə ərzaq bağlamaları çatdırılıb.
Bələdiyyəmiz gənc nəslin maarifləndirilməsi, bələdiyyələrin işi ilə daha yaxından tanış olmaları üçün də bir sıra addımlar atıb. Hesabat ilində gənclərlə, eyni zamanda Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri ilə görüşlər keçirilib. Həyata keçirilən mühüm layihələrdən biri də rayonun 5 bələdiyyəsi ilə birgə təşkil olunan “Vergi olimpiadası”dır. Bələdiyyəmiz layihə çərçivəsində 13 məktəbi əhatə etməklə 3 qrup üzrə şagirdlər arasında vergi olimpiadası keçirib, qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara həvəsləndirici mükafatlar və sertifikatlar təqdim edilib. Bu layihə şagirdlərin vergi sahəsində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq məqsədilə təşkil edilib.
Bələdiyyəmiz ölkə mətbuatı ilə də sıx əməkdaşlıq edir, görülən işlər barədə məlumatlar geniş ictimaiyyətə mətbuat vasitəsilə çatdırılır. Sakinlər qarşısında olduğu kimi, bir növ mətbuat qarşısında da hesabat veririk. Bu hesabat dövründə də Binəqədi Bələdiyyələri yenidən bir araya gələrək “Mətbuat günü” ərəfəsində “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirdik, eyni zamanda jurnalist dostlarımızı bayram münasibətilə təbrik etdik.
Ötən ilin ən yaddaqalan layihələrindən biri də Binəqədi Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşəbbüsü ilə “Cocuq Mərcanlı – Böyük Qayıdışın başlanğıcı” şüarı altında Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə olan səfərimizdir. Bu, sadəcə səfər yox, həm də bir “ziyarət” idi. Sevincini, xoşbəxtliyini Cənab Prezidentimiz, Ali Baş Komandan ilham əliyevə borclu olduğumuz bir ziyarət! Fürsətdən istifadə edərək, Cənab başçı, Sizə və YAP Binəqədi rayon Təşkilatına böyük təşəbbüsə və bizim də iştirakımıza yaratdığı şəraitə görə Bələdiyyəmiz adından minnətdarlığımızı bildiririk.
Sözsüz ki, bu cür möhtəşəm layihələrin və sadalamadığım digər aksiyaların həyata keçirilməsi üçün Bələdiyyə büdcə gəlirləri mənbələrindən səmərəli istifadə istiqamətində ciddi səylər göstərməlidir. indi isə, icazənizlə bələdiyyəmizin 2017-ci ildə gəlir və xərcləri haqqında məlumat vermək istəyirəm.
Bələdiyyə iclasının qərarı ilə 2017-ci ilin gəlir və xərcləri müəyyən edilərək, iqtisadi təsnifat üzrə gəlir və xərclərin bölgüsü aparılmaqla yerli büdcə proqnozu 645 min 900 manat həcmində təsdiq edilmişdir və icrası 535 min 349 manat və ya 82,88% təşkil etmişdir.
Hesabat dövrü ərzində bələdiyyədə büdcənin gəlir hissəsinin icrası ilə bağlı çox ciddi işlər görülüb, vergi bazasının dəqiqləşdirilməsi, real uçot bazasının yaradılması istiqamətində gündəlik tədbirlər həyata keçirilib, vergi işinin səmərəliliyinin artırılması məqsədilə Rayon icra Hakimiyyətinin müvafiq şöbələri, vergi orqanlarının mütəxəssislərinin iştirakı ilə seminarlar, iclaslar təşkil edilib.
2016-ci ildə olduğu kimi, 2017-ci ildə də fiziki şəxslərdən Yerli vergi və ödənişlərin ödənişi xidmətedici banklar və Azərpoçt şöbələri vasitəsilə nağdsız ödəmə qaydasında həyata keçirilib. Bələdiyyə tərəfindən yerli vergi və ödənişlərin qəbulu nağd şəkildə aparılmamışdır.
Hesabat ilində büdcəmizə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən – 54 min 514 manat, bələdiyyə əmlak vergisindən 270 min 830 manat, icarə vergisindən 89 min 371 manat, reklamların yayımından – 150 manat, mehmanxanalardan – 2 min 015 manat, bələdiyyənin göstərdiyi fəaliyyətdən –20 min 904 manat, avtodayanacaqlardan rüsum – 2 min 565 manat, dotasiyadan – 95 min 000 manat daxil olmuşdur.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilib, maarifləndirmə işləri aparılıb. Vergi və ödənişlərdən yayınan və haqqında tam məlumat mövcud olan, hüquqi rekvizitləri məlum olan vergi ödəyiciləri barəsində isə qanunvericiliyin tələb etdiyi qaydada tədbirlər görülüb, materiallar toplanaraq, aidiyyatı üzrə icra şöbəsinə göndərilib. Təkcə 2017-ci il ərzində 396 min 202 manat vəsaitin alınmasına görə 64 vergi ödəciyisi haqqında materiallar icra şöbəsinə göndərilmiş və 5 min 370 manat vəsaitin alınması təmin olunmuşdur.
Mühasibatlıq yerli büdcənin gəlir və xərclərinə dair hazırlanmış məlumatları tələb olunan formada hər ay Binəqədi rayon icra Hakimiyyətinə, Muzdlu işə görə vergi bəyannaməsini hər rüb Bakı şəhər Vergilər Departamentinə, Yerli büdcənin gəlir və xərcləri haqqında və Ciddi hesabat blanklarının tətbiqinə dair məlumatı hər rüb Bakı şəhər Baş Maliyyə idarəsinə, işçilərin sayı, gəlirləri, sığorta haqlarının hesablanması və ödənişlər haqqında Fərdi uçot əsaslı Vahid Rüblük hesabatı DSMF-nun iri Sığortaedənlərlə iş üzrə idarəsinə və bələdiyyənin fəaliyyətinə aid müxtəlif formalı hesabatları aylıq və rüblük hazırlayaraq Binəqədi rayon Statistika idarəsinə elektron poçtla vaxtında göndərilməsi təmin edilib. Dövlət təşkilatlarına hesabatların hazırlanıb müəyyən edilmiş vaxtda təqdim edildiyindən heç bir cərimə və peniya (??) ödənişi halları olmamışdır.
Ümumiyyətlə, bələdiyyədə mövcud olan sənədlərə əsasən, ərazimizdə 350 binada 29 min 393, eyni zamanda Novxanı, Goradil, Fatmai bağlar massivində 3 min 311 ev təsərrüfatı və 1 850 təsərrüfat subyektləri mövcuddur (cəmi 34 min 554 ).
Aparılmış işlər nəticəsində 27 min 561 ədəd pasport, yəni mənzil mülkiyyətçisi vergi ödəyicisi kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində adlarına hesab açılaraq uçota alınmışdır. Qalan mənzillərin BAMS proqramına işlənməsi davam etdirilir.
Göstərilən 34 min 554 vergi ödəyicisindən 2017-ci il üçün 20 min 430-u vergiyə cəlb olunmuşdur ki, bunlardan 4 min 431 ödəyici vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən güzəşt (əsasən təqaüdçülər) hüququna malikdir, 2 min 250 ədəd ev təsərrüfatı və 231 ədəd təsərrüft subyekti isə əmlak vergisi hesablanmayan, yəni ümumi sahəsi 30 m2-dən aşağı olan birotaqlı mənzillər və obyektlərdir.
Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına – 117 min 425 manat, xidməti müqavilə əsasında çalışan müfəttişlərin əmək haqqına– 81 min 980 manat, ştatdankənar işçilərin əmək haqqına – 6 min 501 manat, DSMF-yə ayrılmalar 28 min 314 manat, bələdiyyənin saxlanmasına – 56 min 381 manat, Novxanı, Fatmai, Goradil bağ massivlərində il ərzində məişət tullantılarının yığılması və daşınması və bu işlərin icrası üçün xidmət haqqına – 59 min 140 manat, abadlıq, quruculuq və təmir işlərinə 156 min 020 manat, sosial yardımlar üzrə ödənişlərə - 10 min 870 manat, tədbir və layihələrin keçirilməsinə - 12 min 306 manat təşkil etmişdir.
Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri də görmüşdür:
- il ərzində Azadlıq prospekti boyunca yaşıllıq zolağının yenilənməsi, çiçəklərin əkilməsi və bu bir sıra təmir işlərinə - 33 min 600 manat;
- Novxanı, Fatmayi, Goradil bağlar massivində və dənizkənarı zolaq boyunca məişət tullantılarının
yığılması üçün xüsusi yerlərin təmirinə, tikintisinə, bərk tullantıların yığışdırılmasına, zərərsizləşdirilməsinə və digər bu kimi işlərə - 16 min 800 manat;
-Yaşıllıqların suvarılması üçün sayğac alınmasına - 249 manat;
- 9 mkr., M.Cəlal küçəsi 103 ünvanında sakinlərin istifadə etdiyi pilləkənlərin təmiri və məhəccərlərin quraşdırılması, A.Kunanbayev, A.Məmmədov 115 və 119 ünvanlarda məhəllədaxili parklarda cari təmir işlərinə - 10 min 477 manat;
- 8 mkr., C.Xəndan küç.-də salınan parkda görülən abadlıq işlərinə - 18 min 860 manat;
- Z.Bünyadov prospekti boyu yaşıl ot örtüyünün döşənməsinə - 9 min 998 manat;
- Novxanı bağ massivində, Abşeron su kanalı ilə “Yeddi Gözəl” restoranın birləşdirən yolun asfaltlanmasına - 20 min 098 manat;
- 9 mkr., C.Cabbarlı küçəsində görülən asfaltlanma işlərinə - 14 min 926 manat;
- Fatmai bağ massivi, döngə 1-də küçənin asfalt örtüyünün çəkilişinə - 14 min 829 manat;
- Avqust ayında yeni açılan Novxanı Pirşağı qəsəbələrini birləşdirən avtomobil yolu ətrafında və Novxanı-Goradil bağ massivlərində kanal ətrafı ərazidə abadlıq, təmizlik işlərinə görə -11 min 795 manat;
- Dərnəgül y/m dəmir yolu ətrafı ərazidə görülmüş abadlıq-təmizlik işlərinə - 4 min 360 manat.
Görülən işlərə və eləcə də həyata keçirilən tədbirlərə baxmayaraq hələ də vergi sahəsində və bütünlükdə bələdiyyənin fəaliyyətinə mane olan problemlər də az deyil. Bələdiyyənin inzibati ərazi hüdudlarında fəaliyyət göstərən və mövcud qanunvericiliyin tələblərinə görə yerli (bələdiyyə) vergilər, gəlirlər, ödənişlər üzrə ödəyici (tədiyyəçi) olan fiziki və ya hüquqi şəxslərin müəyyən edilməsində, onlara aid sənədlərin əldə edilməsində problemlərlə qarşılaşırıq. Nəticədə yerli vergi (gəlir) və ödənişlərin tam və dolğun hesablanması və vəsaitlərin yerli büdcəyə birbaşa səfərbər edilməsində, eləcə də qanunvericiliyin tələblərinə uyğun qaydada icra şöbəsinə müraciət olunmasında çətinliklər yaranır. ərazimizdə mehmanxana xidməti göstərən sahibkarlar tərəfindən qanunvericiliklə nəzərdə tutulan mehmanxana rüsumunun tam və vaxtında ödənilməməsi, hətta hesabatların da təqdim edilməməsi işimizə yaradılan süni əngəllərdəndir. Sözsüz ki, qeyd etdiyim və etmədiyim çoxsaylı problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir, aidiyyatı səlahiyyətli qurumlara məlumat verilir, rəsmi məktub göndərilir.
Sözsüz ki, bütün bu problemlər biz qorxutmur. əksinə , qarşıya qolumuş hədəflərə çatmaq, seçicilərimizə daha layiqli xidmət göstərə bilməyimiz üçün bizə əlavə güc verir!
Biz fəaliyyətimizi bundan sonra da günün tələbləri səviyyəsində qurmaq niyyətindəyik, dövlət başçımızın “Bu il - 2018-ci il ölkəmiz üçün daha uğurlu, daha əlamətdar il olacaq.” fikrini rəhbər tutaraq yorulmadan çalışacaq, seçicilərimizin xidmətində dayanacağıq və bu istiqamətdə bütün qüvvəmizi səfərbər edəcəyik....
Sitarə Cabbarlı
Binəqədi bələdiyyəsinin sədri