Aprel ayının 11-də azad, demokratik və şəffaf qaydada keçirilən seçkilərdə Prezident ilham əliyevin növbəti dəfə qələbəsi bir daha sübut etdi ki, Ulu Öndərimiz Heydər əliyevin siyasi kursunun alternativi yoxdur.
Cənab Prezidentin on beş illik fəaliyyəti dövründə ölkədə ictimai-siyasi stabilliyin təmin olunması, sürətlə aparılan sosial-iqtisadi islahatlar, Azərbaycan vətəndaşının həyat şəraitinin mütəmadi olaraq yaxşılaşmasına səbəb olmuşdur.
Demokratik cəmiyyətin tərkib hissəsi olaraq ölkənin yerli özünüidarəetmə orqanları da bu inkişafa uyğun olaraq fəaliyyətini davam etdirmişdir. Həmin fəaliyyətin əlaqələndirilməsi, Bələdiyyələrinin Milli Assosiasiyalarının prioritetləri olduğundan, sistemli olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Hesabat ilində Sizin təmsilçiniz olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektoru, Milli Məclisin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlıq əlaqələrimiz davam etdirilmiş, yerli özünüidarənin təkmilləşdirilməsi sahəsində, qanunların qəbulu prosesində Milli Assosiasiyaların da mövqeyi nəzərə alınmışdır. Regional məsələlər komitəsinin bütün iclaslarında Milli Assosiasiyaların sədrləri iştirak etmişlər. Nəzərinizə çatdırım ki, bu cür əməkdaşlığımız MM–in Regional Məsələlər Komitəsində yaradılmış işçi qrupda da davam etdirilir. Fürsətdən istifadə edərək yığıncağımızda təmsil olunan bütün orqanların nümayəndələrinə şəhər bələdiyyələri adından təşəkkürümüzü bildiririk.
Hesabat dövrü qanunvericilik bazasına edilmiş dəyişiklilər və həmçinin yeni müzakirələrin aparılması ilə daha çox zəngin olmuşdur. əminliklə bildirirəm ki, bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olan məsələlərin həllinin sürətləndirməsinə hesablanmış əlavə və dəyişiklərin qəbul olunması, fəaliyyətimizin daha da genişlənməsinə səbəb olacaqdır.
Hesabat ilində gördüyümüz işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur.
Bu məqsədlə 07-08 dekabr 2017-ci il tarixlərində Milli Məclisin Regional məsələlər Komitəsinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə Qəbələ şəhərində “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransda 16 şəhər və rayondan 85 bələdiyyəni təmsil edən bələdiyyə sədrləri iştirak etmişlər.
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təşkilatçılığı ilə 18 dekabr 2017-ci il tarixində Bakı şəhərində “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda birgə konfrans keçirmişik. Konfransda Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 71 bələdiyyəsini təmsil edən sədrlər iştirak etmişlər.
Bələdiyyələrin üzv və qulluqçularının maarifləndirilməsi kurslarının təşkili də 2017-ci ildə görülmüş işlər sırasındadır. Aprel ayının 04-dən 15-dək Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayon bələdiyyələrinin baş mühasibləri və kompüter mütəxəssisləri üçün BAMS proqramına məlumatların düzgün daxil edilməsi ilə bağlı təlim kursları keçirilmiş, kurslarda 71 bələdiyyə üzrə 124 bələdiyyə qulluqçusu iştirak etmişdir.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşları tərəfindən 06-09 dekabr 2017-ci il tarixlərində “Yerli (bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sistemi”ndə (BAMS) məlumatların bazaya daxil edilməsi və bələdiyyələrin fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə həsr olunan 7 rayonda zona maarifləndirmə seminarları təşkil olunmuş, seminarlarda 13 rayondan 329 bələdiyyəni təmsil edən bələdiyyə sədrləri və BAMS üzrə mütəxəssislər- ümumilikdə 658 nəfər iştirak etmişdir.
Biz bu cür tədbirləri həyata keçirərkən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimiz ona hesablanmışdır ki, bələdiyyələrimiz müasir dövrün çağırışlarına daha sıx inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlər tez həll edilsin.
2017-ci ildə yerli özünüidarəetmə orqanları üzərilərinə düşən vəzifələri daha da məsuliyyətlə icra etməyə çalışmışlar.
Ötən il “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 68 şəhər bələdiyyəsi tərəfindən 19 istiqamətdə, 681 layihə üzrə, 5. 722. 158 manatlıq layihələr icra olunmuşdur
Diqqət etsək görərik ki, ölkənin şəhər bələdiyyələri abadlıq və yaşıllaşdırma işləri üzrə 223 layihəyə 2.503.882 manat, bələdiyyə yollarının təmiri və saxlanması üzrə 108 layihəyə 1.438.483 manat, məişət tullantılarının daşınması üzrə 33 layihəyə 160.900 manat, elektrik xətlərinin lokal təmiri və çəkilməsi üzrə 32 layihəyə 161.179 manat, yardım və maddi köməkliklərin göstərilməsi üzrə 71 layihəyə 195.361 manat vəsait sərf etmişlər.
Cari ildə isə 5. 907.907 manat dəyərində 465 layihənin icrası nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 185.749 manat və ya 13 faiz daha çox layihənin icrası deməkdir.
Göründüyü kimi, şəhərlərin və regionların davamlı sosial-iqtisadi inkişafında bələdiyyələrimizin də öz yeri və payı vardır.
Qeyd olunmalıdır ki, həmin layihələrin yerinə yetirilməsindəki nailiyyətlər ilk növbədə 2017-ci ildə yerli büdcə gəlirlərində əmələ gəlmiş artımlarla bağlı olmuşdur. Ötən il ölkənin şəhər bələdiyyələrinin gəlirləri əvvəlki ilə nisbətən 13.9 faiz artaraq, 12.971.749, xərclərimiz isə 13.6 faiz artmaqla 12. 631.749 manat təşkil etmişdir. (2 saylı cədvəl)
Yerli büdcə gəlirlərinin formalaşmasından danışarkən, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə aparılan işlərin əhəmiyyətini xüsusilə qeyd etməliyik.
Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyaların hazırladığı bu Proqram ikinci ildir ki, şəhər, qəsəbə və kənd bələdiyyələrində müvəffəqiyyətlə tətbiq olunur. Artıq, təhlillərimiz Dövlət Statistika Komitəsi və BAMS–a daxil olan məlumatlar əsasında aparılır.
Qeyd edim ki, Milli Assosiasiyaların icra katibliklərinin gördüyü maariflənmə tədbirləri, Assosiasiya əməkdaşlarının kurasiya üzrə bələdiyyələrə göstərdikləri metodiki və əməli köməkliklər öz müsbət nəticəsini verməkdədir. 2017-ci ilin may ayında BAMS-ilə bağlı işlərin aparılma səviyyəsinin yüksəldilməsi, yerlərdə kadrların düzgün seçilməsi və məsuliyyətin artırılması istiqamətində bütün bələdiyyələrə tövsiyə məktubu göndərilmişdir. Görülmüş tədbirlərin nəticəsi olaraq, bir sıra bələdiyyələrin icra aparatında yeni iş yerləri açılmış, bacarıqlı mütəxəssislər qəbul edilmiş, vergilərin yığılması və BAMS-dan istifadə prossesində xeyli irəlləyişə nail olunmuşdur.
ən əsası odur ki, biz Sizinlə birgə vergi toplama işində əvvəllər mövcud olan inamsızlıq, süstlük və mümkünsüzlük kimi bir sıra mənfi stereotipləri qıra bilmişik.
indi əksər bələdiyyələr yaxşı başa düşür ki, iqtisadi potensialımızın torpaq satışından asılı olmayan dayanıqlı mənbələr üzərində qurulmasının başlıca yolu, tədiyyəçilərin və vergi uçotunun dəqiq qurulmasından keçir. Ona görə də hesab edirəm ki, Milli Assosiasiyanın icra katibliyi qarşıdakı illərdə yerli vergi və ödənişlərlə bağlı innovativ və maariflənmə tədbirlərlərini davam etdirməlidir. Sizlərdən gələn təkliflərə əsasən təmin etməliyik ki, təşkil ediləcək seminarlar bu il əksər regionları, xüsusən də əksər şəhər bələdiyyələrini əhatə etsin. Milli Assosiasiyamıza daxil olan şifahi müraciətlərinizdə və çox saylı telefon zənglərinizdə qaldırdığınız məsələlərin həlli hər zaman bizim diqqətimizdədir.
Aparılmış təhlillər göstərir ki, 2017-ci ildə şəhər bələdiyyələrinin büdcə gəlirlərinin 85.3 faizi yerli vergi və ödənişlərdən, 13.4 faizi dövlət tərəfindən verilən dotasiya, 1.3 faizi bələdiyyələrin digər gəlirləri hesabına formalaşmışdır. Təqdirəlayiq haldır ki, ayrıca götürdükdə vergi və ödənişlər üzrə gəlirlərimiz 15.4 faiz artmışdır.
2017-ci ildə Dayanacaqlar üçün ödəniş və hüquqi şəxslərin mənfəət vergisi istisna olmaqla, Fiziki şəxslərdən əmlak vergisi üzrə 220.752 manat və ya 30,3 faiz, Fiziki şəxslərdən torpaq vergisi üzrə 229.970 manat və ya 11,3 faiz, Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi üzrə 20.165 manat və ya 1,2 faiz, Küçə (divar) reklamının yayımı üçün ödəniş üzrə: 16.907 manat və ya 8.5 faiz, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş üzrə 312.224 manat və ya 12,5 faiz, Stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş üzrə 850 manat və ya 1.8 faiz, Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş üzrə 495.221 manat və ya 19.3 faiz, Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş üzrə 195.263 manat və ya 17.1 faiz artıq vəsait toplanmışdır.
Lakin, burada bizi qane etməyən məqamlar da var. Təhlillərdən aydın olur ki, 18 şəhər bələdiyyəsi fiziki şəxslərdən torpaq, 25 şəhər bələdiyyəsi isə fiziki şəxslərdən əmlak vergisini ötən illə müqayisədə az toplamışlar. O cümlədən fiziki şəxslərdən torpaq vergisinin toplanmasında Tərtər bələdiyyəsində 66, Ağstafa bələdiyyəsində 75, Saatlı bələdiyyəsində 80 faiz geriliyə yol verilmişdir.
Liman bələdiyyəsi isə bu növ vergidən cəmi 9 manat toplamaqla ili başa vurmuşdur. Fiziki şəxslərdən əmlak vergisinin toplanmasında da eyni mənzərə mövcuddur. əmlak vergisinin toplanmasında ötən il Qobustan bələdiyyəsi 60, Lerik bələdiyyəsi 69 faiz geriliyə yol verməklə olduqca aşağı göstərici ilə kifayətlənmişlər. Liman bələdiyyəsi isə fiziki şəxslərdən əmlak vergisini ümumiyyətlə toplamamışdır.
Dayanacaqlar üçün ödənişlərin cəmi 1 faiz azalmasını nəzərə almasaq, keçən il bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisindən bir manat da olsun gəlir əldə olunmamışdır.
insan resurslarının və əmək ehtiyatlarının kifayət qədər olduğu şəhər bələdiyyələrində özlərinə inamın eləcə də marketinq sahəsində təşəbbüskarlığın çatışmaması səbəbindən hələlik müsbət nəticə əldə edə bilməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyələrimiz əldə etdikləri illik gəlirlərinin bir hissəsini sərf etməklə xidmət sahələri yaradaraq, dayanıqlı gəlir əldə edə bilərlər. Bu məsələdə subyektiv olaraq əksər bələdiyyələrdə qeyd olunan iradlardan əlavə, obyektiv olaraq Qanunda nəzərdə tutulduğu halda bələdiyyələrə subvensiyanın verilməməsi hələ də problem olaraq qalır. 2014-cü ildə qanunvericilikdə müvafiq dəyişiklər edilməsinə baxmayaraq, bələdiyyələr dövlətin bu cür ayırmalarından hələ də istifadə edə bilmirlər. Aidiyyatı orqanlardan bu sahədə bizlərə əməli köməklik göstərilməsini xahiş edirik.
Büdcə xərclərimizə isə baxdıqda aydın olur ki, ölkənin şəhər bələdiyyələri xərclərinin 49 faizini yerli özünüidarəetmənin saxlanmasına sərf etmişlər.
Burada obyektiv və subyektiv faktorları nəzərə alsaq belə, imişli, Lənkəran, Qəbələ, Saatlı, Xaçmaz, Oğuz, Xızı, Zaqatala şəhər bələdiyyələri, gəlirlərinin 70 faizindən, Lerik, Sabirabad, Yardımlı bələdiyyələri isə gəlirlərinin 90 faizdən yuxarı hissəsini yerli özünüidarəetmənin saxlanmasına sərf etmələri yaxşı hal deyil.
əksinə Qobustan, Cəlilabad, Salyan, Naftalan, Daşkəsən bələdiyyələri isə gəlirlərinin cəmi 30 faizini xərcləməklə büdcə vəsaitlərindən daha səmərəli istifadə etmişlər.
Hesab edirik ki, bütün bunlar indiyədək vergi və ödənişlər sahəsində yol verdiyimiz gerilikdən eləcədə büdcə xərclərinin düzgün bölüşdürülməməsindən irəli gəlir. əgər biz vergi və ödənişlərin toplanmasında bir qədər də irəli gedə bilsək zəruru xərclərimizi daha asan qarşılaya bilərik. Digər tərəfdən düşünməyə kifayət qədər əsaslar vardır ki, vergi və ödənişlərin toplanmasında heç də bütün imkanlardan səmərəli istifadə edə bilməmişik.
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sistemi üzrə qeydiyyata aldığımız tədiyyəçilərin vergi obyektlərinin uçota götürülməsi işini sürətləndirməliyik.
Apardığımız təhlillər həm də onu göstərir ki, ölkə ərazisində olan daşınmaz əmlakın yalnız 12 faizini uçota götürüb əmlak və torpaq vergilərinə cəlb edə bilmişik. Həmin 12 faiz hesabına keçən il, şəhər bələdiyyələrinin büdcələrinə 4.327.069 manat vəsait daxil olmuşdur ki, bu da vergi və ödənişlər üzrə daxilolmaların 54.2 faizini, ümumi daxilolmalarımızın isə 35.5 faizini təşkil edir.
Beləliklə, aydın bir mənzərə yaranır ki, əmlak və torpaq vergilərinin toplanmasında istifadə olunmayan çox böyük imkanlar vardır. Bələdiyyələrimiz “ərazidə daşınmaz əmlakın uçotu barədə” məsələyə baxmaqla tədiyyəçiləri, həm də onların vergi obyektlərini uçota alıb vergiyə cəlb olunmasını təmin edə bilərlər. Bir daha bildirirəm ki, mülkiyyət hüququnu təsdiq edən sənədlər verilənədək tədiyyəçilərin bu yolla uçota götürüb, yerli vergi və ödənişlərə cəlb olunması ən optimal yoldur.
Yeri gəlmişkən yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə toplanmasına toxunmaq istəyirəm. Sözsüz ki, vətəndaşların yerli özünüidarəetmədə daha yaxından iştirakı və şəffaflığın təmin olunması bu prosesə müsbət təsirini göstərir. Qeyd olunmalıdır ki, ötən il bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmlənməsi ili kimi yadda qalmışdır. Milli Assosiasiyaların tövsiyələrinə əsasən 2017-ci ilin 30 oktyabr - 5 noyabrında təşkil edilmiş “Azərbaycanda Yerli Demokratiya Həftəsi” tədbirlərinin kütləvi xararakter daşımasına xüsusi önəm verilmişdir. Məlumat üçün bildirim ki, Avropada və Azərbaycanda bu tədbirlər 10-cu yubiley həftələri kimi qeyd olunmuşdur. Həftə ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırışçı şüarların asılması, sosial şəbəkələr və xəbər portallarında əvvəlcədən yerləşdirilən elanlar həftənin kütləviliyini xeyli artırmışdır.
Ötən ilin noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Cəlilabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərində “Yerli demokratiyanın inkişafı naminə: vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilmişdir.
2017-ci ildə ölkənin şəhər bələdiyyələrində Həftə çərçivəsində keçirilmiş 1108 görüşdə 76 min 804 nəfər iştirak etmiş, bələdiyyələrdə 6123 nəfər vətəndaşın qəbulu aparılmış, yeni təklif və təşəbbüslər irəli sürülmüşdür. Görüşlərdə bir sıra bələdiyyələr tərəfindən “ərazinin ən yaxşı vergi ödəyicisi” kimi irəli sürülən təşəbbüs barədə qərara alınmışdır ki, növbəti Demokratiya Həftəsi tədbirlərində qaliblərin elan olunması və onların fərqlənməsi təmin edilsin.
Yerli özünüidarəetmənin təşkilində məhəllə komitələrinin gücündən bacarıqla istifadə etməliyik. Təəssüflər olsun ki, Yasamal, Nərimanov, Sumqayıt, Mingəçevir və şirvan bələdiyyələri istisna olmaqla məhəllə komitələrinin işində əvvəlki fəallıq hiss olunmur. Assosiasiyanın icra katibliyi bələdiyyələrin məhəllə komitələrinin işinin canlandırılması üçün əlavə tədbirlər görməli, bu sahədə ən qabaqcıl təcrübə öyrənilib yayılmalıdır.
Hesabat dövründə Milli Assosiasiyamız yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir. Konqresin nümayəndə heyətinin üzvü kimi digər həmkarlarım ilə birlikdə Avropanın müxtəlif şəhərlərində 4 beynəlxalq tədbirdə iştirak etmişəm. Keçən il oktyabr ayından Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətin üzvü kimi fəaliyyətə başlamışam. Hesabat dövründə AşBMA dünyanın 28 dövlətində üzv bələdiyyələri olan Türk Dünyası Bələdiyyələr Birliyi və Türkiyənin Adana, Mersin, Hatay kimi böyük şəhər bələdiyyələrinin daxil olduğu Çukuroba bələdiyyələr birliyi ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalanmışdır.
AşBMA-nın icraçı katibi də daxil olmaqla ölkəmizi təmsil edən nümayəndə heyyəti keçən ilin 15-20 mayında Litva Respublikasında səfərdə olmuş və Litvanın Bələdiyyələr ittifaqı ilə müzakirələr aparılmışdır. Səfər proqramı çərçivəsində Qazax rayonu ilə həmin ölkənin Trakay rayonu ilə qarşılıqlı protokollar imzalanmışdır. Aparılmış müzakirələr davamlı olaraq Druskinikay şəhərinin meri Litva Bələdiyyələr ittifaqın başçılıq etdiyi nümayəndə heyyəti 27-30 iyun 2017-ci ildə Respublikamızda səfərdə olmuşlar. Noyabr ayının 14-17 də Litvanın Briştonas şəhərinin merinin rəhbərlik etdiyi nümayəndə heyyəti ölkəmizdə tanışlıq proqramında iştirak etmişlər. Səfər zamanı Bakı,Gəncə şəhərlərində və Ağstafa rayonunda göruşlərdən sonra Ağstafa rayonu ilə qarşılıqlı əməkdaşlıq barədə müqavilənin imzalanması təşəbbüsü irəli sürülmüşdür. Gələn ayda müqavilənin imzalanması üçün nümayəndə heyyətinin Litva Respublikasına səfərinə nəzərdə tutulur.
2017-ci ilin iyulunda Ağdaş rayonunu təmsil edən nümayəndə heyyətinin Latviya Respublikasının Rezekne diyar bələdiyyəsində səfərdə olmuş və Rezekne diyarı ilə Ağdaş rayonu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Noyabr ayında isə Latviyanın Preyli diyar bələdiyyəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Bir sıra paytaxt bələdiyyələri ilə görüşlər keçirilmiş, təcrübə mübadiləsi sahəsində müzakirələr aparılmışdır.
Belə qarşılıqlı səfərlər zamanı çalışırıq ki, səmərəli təcrübə mübadiləsi ilə yanaşı, ölkəmiz haqqında həqiqətləri xarici həmkarlarımıza obyektiv çatdıraq. Nəzərə alsaq ki, bu il Azərbaycanda “Cümhuriyyət ili” elan olunduğuna görə qardaş bələdiyyələrdə tədbirlərin keçirilməsi üçün, Respublikamız barədə maarifləndirici məlumatları və vasitələləri həmin bələdiyyələrə çatdırmasını təmin edirik. Türk Dünyası Bələdiyyələr ittifaqı ilə əlaqələrimizin gücləndirilməsi yeni layihələrin reallaşmasını şərtləndirir. Belə ki, istər tədris, istərsə də praktiki təcrübə yönümlü səfərlərin işçi proqramları sizlərin arzu və təkliflərinə uyğun tərtib olunur. Bu günlərdə şəhər bələdiyyə sədrləri üçün Türkiyənin Ankara və istanbul şəhərlərində təşkil olunan təcrübə mübadiləsi proqramı hazırlanarkən istəklərimiz tamamilə nəzərə alınmışdır.
4 gün əvvəl paytaxtın Nəsimi rayonunda açılan “izmit parkı” da qardaş ölkənin bələdiyyələrinin birgə reallaşdırdığı uğurlu layihələrdən biri kimi yadda qaldı.
Sonda bir daha bildirirəm ki, 2018-ci ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində, xüsusən yerli vergi və ödənişlərin toplanmasında birgə hələ xeyli işlər görməliyik. Növbəti bələdiyyə seçkilərinə az müddət qalmağını nəzərə almaqla, seçicilərin bizlərə olan etimadın doğrultmasına daha məsuliyyətlə yanaşmalıyıq.
Təmraz Tağıyev
Azərbayan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri