"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədr qəsəbə sakinləriylə görüşlər keçirib

--2017-02-13 / 16:22

 “Bələdiyyəyə edilən müraciət və şikayətlər arasında ən aktual olan məsələlər bələdiyyə iclasında müzakirə edilir və bu istiqamətdə problemin həll yolu axtarılır”- bu fikri Belediyye.infoya  Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Vüqar əliyev bildirib.

Onun sözlərinə görə,  2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri tərəfindən 38 sakin qəbul edilib və qaldırılan məsələlər səlahiyyətimiz çərçivəsinmdə həll olunub və qeydiyyata alınıb.

əlavə edim ki, Müşfiqabad bələdiyyəsində vətəndaşlar bələdiyyə sədri və ya bələdiyyənin digər rəsmiləri tərəfindən qanun çərçivəsində qəbul edilir, şikayət  və müraciətlərinə baxılır və qeydə alınır. Vətəndaş qəbulu qeydiyyatı,möhürlənmiş vətəndəşların qəbulu qeydiyyatı kitabında aparılır.

V.əliyev bildirib ki , sədr olaraq bələdiyyə üzvlərinin iştirakıyla  dəfələrlə qəsəbə ərazisində vətəndaşlarla görüşlər təşkil edilib, onların çətinlikləri və şikayətləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, bələdiyyə sədrinin qəbul saatları həftənin I,II və IV günləri saat 09:00- 16:00 arası olur. Hər bir qəsəbə sakini bələdiyyəyə müraciət edərək probleminin həlliylə bağlı müraciət edə bilər.

Belediyye.info

ŞƏRHLƏR