“informasiya texnologiyalarının tətbiqi bələdiyyələrin fəaliyyətində şəffaflığı, dəqiqliyi və mühasibatlıq işlərində operativliyi təmin edir”-bu fikirləri Belediyye.infoya açıqlamsında Pirallahı bələdiyyəsinin sədri Elxan əliyev bildirib. Onun sözlərinə görə, vətəndaş-bələdiyyə münasibətlərində bələdiyyə davranış qaydalarına, bələdiyyələrin statusu haqqında qanuna istinad edilməlidir.
əhalini vergiyə cəlb edilməsində ciddi problemlərin olduğunu qeyd edən sədr, bunun aradan qaldırılmasında əhali arasında maarifləndirmə işlərinə önəm vermək lazım gəldiyini bildirib:
-əhali bilməlidir ki, ödənilən vergi dolayısı yolla özlərinə qaytarılır. Təklif edərdik ki, teleradio vasitəsi ilə əhalinin vergiyə cəlb etmə yönümündə silsilə verilişlər və ya sosial reklamlar hazırlanaraq efirə verilsin. Bu addım nəticədə bələdiyyə sisteminin qarşılşadığı problemlərin həllinə təkan vermiş olacaqdır.
Belediyye.info