"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədr: “Bələdiyyə sədrlərinə kömək etmək lazımdır..."

--2018-09-01 / 15:52

“Bu gün bələdiyyələrə və bələdiyyə sədrlərinə kömək etmək lazımdir. Yoxsa bir tərəfdən DSMF, digər yandan Ekologiya və Təbii Sərvətlər nazilriyi də bir yandan hücuma keciblər.” Bu fikirləri şəmkir rayon Cinarlı qəsəbə bələdiyyəsinin sədri Arzu Qafarov “Ekologiya və Təbii sərvətlər nazirliyinin bələdiyyə sədrlərinə qarşı cərimə sanksiyasının tətbiqinə necə baxırsınız”- sualını cavablandırarkən bildirib.

Maraqlı açıqlama ilə çıxış edən bələdiyyə sədri müvafqi qurum rəsmilərinə müraciətdə edib:

-Bəlkə gətirib bir texnika veribsiz, yəni zibilyiğan maşın indi də, cərimələyirsiz. Bunlarin işi elə bilirlər ki, cərimə yazmaqdır. Bəs siz nə iş görürsünüz. Onsuzda bələdiyyələr və sədrlər ancaq ayaq üstə dururlar. Onlara kömək etmək lazımdır, baltalamaq yox.

Belediyye.info

ŞƏRHLƏR