sorğu
Ağdam rayon Ağsaqqallar şurasının sədri, Sosialist əməyi Qəhrəmanı Sədrəddin Fərrux oğlu ələsgərov 90 yaşında vəfat edib.
Ağdamın Quzanlı kəndində anadan olan S.ələsgərov heyvandarlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə 1958-ci ildə Sosialist əməyi Qəhrəmanı fəxri adı və "Lenin" ordeni ilə təltif olunub.
S.ələsgərov 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləyib. 1981-ci ildən kolxozda sədr müavini vəzifəsində çalışıb.
əmək qəhrəmanı, dəyərli insan Sədrəddin ələsgərov 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Mərhum Quzanlı qəsəbə məzarlığında dəfn olunub.
ALLAH RəHMəT ELəSiN