Bələdiyyə sədri istefa verdiyi və ya hansısa hallarda səlahiyyətini icra edə bilmirsə onun səlahiyyətlərinin icrasını bələdiyyə iclası müəyyən edir.
Bəs səlahiyyətləri icra edən şəxs bu səlahiyyəti nə vaxtdək icra edə bilər. Yeni təyinatla bağlı qanunlarda hansısa vaxt limiti varmı?
Sualı cavablandıran Milli Məclisin Regional Məsələr Komitəsinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinə əsasən bələdiyyə iclaslarında bələdiyyənin sədri və onun müavinləri, daimi və başqa komissiyaları seçilməlidir.
“Bələdiyyələrin Statusu” haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən bələdiyyəyə seçilmiş yeni üzvlər yeni seçilmiş bələdiyyənin 1-ci iclasında bələdiyyə üzvlərinin sırasından açıq və ya gizli səsvermə yolu ilə bələdiyyə sədr seçilir.
Sədr vəzifəsindən kənarlaşdırıldıqda bələdiyyə sədrinin səlahiyyətləri müvəqqəti olaraq müavini icra edir. Yeni sədrin seçilməsi həmin iclasda da ola bilər və yaxud da bələdiyyənin növbəti iclasında sədr seçilməlidir.
Bələdiyyələrin status haqqında qanunun 19-cu maddə 6-cı bəndinə uygun olaraq səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl azad edilən bələdiyyə sədri və ya sədr vəzifəsini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədriyə təhvil verməlidir. Yerli özünüidarəetmə orqanları fəaliyyətləri ilə ortaya çıxan problemləri və perspektiv planlarını demokratik şəkildə bələdiyyə iclaslarında müzakirə edilərək bələdiyyə üzvlərinin səs çoxluğu ilə həll olunur.
Belediyye.info