"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəhər bələdiyyələrinin illik büdcə gəlirlərində 7,3 faiz artım müşahidə edilib

--2022-12-19 / 13:48

şəhər bələdiyyələrinin gəlirləri 2020-ci ildə 12,4 milyon manat, ümumilikdə ölkə bələdiyyələrinin illik gəlirlərinin təxminən yarısını - 49,6 faiz, 2021-ci ildə 15,0 milyon manat (40,0 faiz), 2022-ci ilin 11 ayı üzrə isə 16,1 milyon təşkil edib. şəhər bələdiyyələrinin illik büdcə gəlirlərində 2021-ci ildə 21,0 faiz, 2022-ci ildə isə 7,3 faiz artım müşahidə olunub.

AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Assosiasiyanın sədri Təmraz Tağıyev hesabat məruzəsində söyləyib.

“2022-ci ilin göstəricisinin dekabr ayındakı daxilolmalara görə artması gözlənilir. On bir ayın yekunlarına görə vergi və ödənişlərdən 14,7 milyon manat və ya 91,3 faiz, dotasiya və subvensiyadan isə 1,4 milyon manat və ya 8,7 faiz şəhər bələdiyyələrinin büdcəsinə daxil olub”, - deyə o vurğulayıb.

https://azertag.az/xeber/Seher_belediyyelerinin_illik_budce_gelirlerinde_73_faiz_artim_musahide_edilib-2415215#.Y6AxsBxs03k.whatsapp

ŞƏRHLƏR