Tərəqqi yolunda olan dövlətimizin günü-gündən möhkəmlənməsi və ölkə Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, idarəetmədə də yüksək nailiyyətlər əldə olunmuşdur. Bu da öz növbəsində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və onun yeni formalarının tətbiqinə geniş şərait yaratmışdır. Lakin Azərbaycanda yerli özünüidarəetmə orqanlarının 6 ildən artıq fəaliyyət təcrübəsinin öyrənilməsi meydana çıxan bir sıra problemlərin, onların həlli yollarının müzakirəsini tələb etmiş və bu məqsədlə beynəlxalq təcrübə öyrənilmişdir. Aparılmış təhlillər bələdiyyələrin işlərini koordinasiya edən və fəaliyyətlərini istiqamətləndirən təsisatların təşkili zərurətini yaratmışdır.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosasiyalarının yaradılması ilə bağlı aparılan hazırlıq tədbirləri, beynəlxalq təcrübənin öyrənilməsi, bələdiyyələrin könüllülük prinsipi ilə belə ittifaqlara qoşulması və qısa zaman ərzində Milli Assosasiyaların ölkə bələdiyyələrinin fəaliyyətlərinin əlaqələndirilməsində və səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynaması respublikamızda yerli özünüidarəetmənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
6 iyun 2006-cı ildə Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən 72 bələdiyyə sədrinin iştirakı ilə Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclas keçirilmişdir. iclasda Azərbaycanda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məqsədi ilə işçi qruplarının təşkil olunması məsələsi müzakirə olunmuşdur.
Respublikamızın bütün şəhər və rayonlarında bələdiyyə sədrlərinin şura iclasları keçirilmiş şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması təklifi dəstəklənmişdir. Açıq fikir mübadiləsi şəraitində keçən müzakirələrdə bələdiyyələrin qarşılıqlı əlaqəsini təmin edən, dövlət orqanları ilə münasibətlərini möhkəmləndirən qurumların yaradılmasına ciddi ehtiyac olduğu bildirilmiş, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının təşkili məqsədəuyğun hesab edilmiş, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə 3 işçi qrupun formalaşdırılması qərara alınmışdır.
iclas iştirakçılarının təklifi ilə AşBMA-nın yaradılması məqsədi ilə 25 nəfərdən ibarət işçi qrupu müəyyən edilmişdir. işçi qrup tərəfindən 2006-cı ilin sentyabrın 15-dək şəhər bələdiyyələrinin milli assosiasiyasının nizamnamə layihəsinin hazırlanması və təsis toplantısına nümayəndəlik kvotasının müəyyən edilməsi haqqında qərar qəbul olunmuşdur.
iclasda Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə ölkəmizdə getdikcə daha geniş vüsət almaqda olan quruculuq-abadlıq, sosial-iqtisadi yüksəliş işlərində bələdiyyələrin rolunun artdığı, sıralarında 22 minə yaxın üzvü birləşdirən yerli özünüidarəetmə orqanlarının dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti daim dəstəklədikləri və müdafiə etdikləri vurğulanmışdır.
2006-cı ilin noyabrın 30-da Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
işçi qrupunun 2006-cı il oktyabrın 29-da Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclasında qəbul edilmiş nümayəndəlik normasına uyğun olaraq, təsis yığıncağına seçilmiş 71 nümayəndədən 69-u yığıncaqda iştirak etmişdir. Yığıncaqda Naxçıvan MR şəhər Bələdiyyələri Assosiasiyasının, respublikanın rayonlarında fəaliyyət göstərən 52 şəhər, Bakı şəhərində 7, Gəncə şəhərində 2 rayon bələdiyyələrinin qərarları ilə 61 bələdiyyəni birləşdirən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AşBMA) yaradılması barədə təklif nümayəndələr tərəfindən yekdilliklə qəbul edilmişdir.
Təsis yığıncağında Assosiasiyanın Nizamnaməsi qəbul edilmiş, rəhbər orqanları seçilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin sədri əbülfəz Babayev Assosiasiyanın sədri, sədrin müavinləri, idarə heyəti (11 nəfər), nəzarət-təftiş komissiyası (5 nəfər) seçilmişdir.
Təsis yığıncağından sonra idarə heyətinin və nəzarət-təftiş komissiyasının təşkilati məsələlərə həsr olunmuş ilk iclasları keçirilmişdir.
2007-ci ilin yanvar ayının 31-də AşBMA-nın Nizamnaməsi ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
- See more at: http://belediyye.proline-az.com/az/page/seher-belediyyesi#sthash.9IJ0H6PA.dpuf