sorğu
Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibovun Belediyye.infoya verdiyi açıqlamaya görə, bələdiyyə iclasının qərarıyla qəsəbənin Nazim ismayılov küçəsində Qarabağ müharibəsində şəhid olmuş şamil Kamilovun xatirə bulağında əsaslı təmir işləri həyata keçirilib. ilk olaraq əraziyə yeni metlak döşənmiş, divara şəhidin xatirə lövhəsi vurulmuş və binanın ətrafına yaşıllıq salınmışdır.
Sədrin sözlərinə görə, qəsəbədə Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş və yaralanmış bütün sakinlər bələdiyyədə qeydiyyata alınmış və bələdiyyənin həyata keçirdiyi bütün sosial layihələrə adı çəkilən qrupa aid insanlar cəlb edilirlər.
Bbelediyye.info
|
|
|
|
|
|