"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəhid anasının müraciəti cavabsız qalmadı

--2017-05-24 / 19:27

Binəqədi rayon Biləcəri qəsəbə bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə qəsəbə sakini olan  şəhid anası Sadıqova Minə əliabbas qızı Biləcəri bələdiyyəsinə müraciət ünvanlayıb.

Müraciətində şəhid anası ona məxsus torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsinə köməklik göstərilməsini xahiş edib.

şəhid anasının yazılı müraciətinə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev reaksiya verib.

Və yeni yaşayış massivində yerləşən torpaq sahəsinə baxış keçirilib və qəsəbə sakinin müraciəti əsasında maşın və mexanizmlərin köməyi ilə torpaq sahəsində hamarlama işləri aparılıb.

Belediyye.info 

ŞƏRHLƏR