şəhid atası bələdiyyə müəssisəsinə rəhbər təyin edilib
Ağsu rayonu Gəgəli bələdiyyəsi yeni MMC-ni təsis edib.
Bununla bağlı Belediyye.infoya məlumatı Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib. Sədrin sözlərinə görə, MMC “kəndimizdə və ölkəmizin istənilən yerində parkların yaradılması və saxlanması ilə məşğul olacaq. şəhidlərimizin əziz xatirəsini əbədiləşdirəcək abidələr, muzeylər, parklar yaradılacaq və gələcək nəsillərə saxlanacaqdır. MMC-nin direktoru şəhid baş leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevdir. Kəndin abadlaşması və yaşıllaşması, parkların çoxalması üçün hamı əlindən gələni etməli, Pərviz Quliyevə bu işdə köməklik etməlidir.”
Qeyd edək ki, MMC-nin loqosu IM dizayn şirkətinin töhfəsidir.
Belediyye.info