Mingəçevir şəhərinin Energetiklər küçəsi şəhid, “Azərbaycan bayrağı” ordenli Cəmil Məhərrəm oğtlu əliyevin adını daşıyır. iki ay əvvəl şəhidin həyat yoldaşı, həmin küçənin başlanğıcında Cəmil əliyevin xatirəsini əbədiləşdirən abidə kompleksinin tikinlməsi xahişi ilə şəhər icra Hakimiyyətinə və Mingəçevir Bələdiyyəsinə müraciət edib. Bələdiyyəyə edilən müraciət ümumi iclasında müzakirə edərək, işin görülməsi barədə qərar verilib. Bu barədə Belediyye.infoya məlumat Mingəçevir bələdiyyəsindən daxil olub.
Memarlar tərəfindən abidənin layihəsi hazırlanıb, smetası tutulub. Bələdiyyənin maliyyə vəsaiti hesabına (4809,68 manat) az vaxtda abidə kompleksinin tikintisi başa çatdırıldı.
Qeyd edək ki, şəhidin ailəsi belə xeyirxah işə görə bələdiyyəyə minnətdarlığını bildiriblər.
Belediyye.info