ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsi tərəfindən fəxri ədliyyə işçisi şəhid Ruhin Xəlilovun doğum günü ilə bağlı tədbir keçirilib.
ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsindən Belediyye.infoya verilın məlumata görə, öncə rəhbərlik və əməkdaşlar tərəfindən idarənin inzibati binasında şəhidin xatirəsinə quraşdırılmış stendin önünə gül dəstələri qoyulub və onun ruhuna ehtiram göstərilib.
Daha sonra tədbir idarənin konfrans zalında davam edib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların hər kəs üçün müqəddəs olan qəhrəmanlıq yolundan bəhs olunan çıxışlar edilib. şəhid Ruhin Xəlilovla bağlı xatirələr bölüşülüb, onun səmimiliyi qədər peşəkarlığı, etibarlı həmkar olması və bu kimi müsbət xarakterizə olunan tərəflərindən söhbət aparılıb, sonda onun həyat yolundan bəhs olunan videoçarx izlənilib.
Tədbirdə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab ilham əliyevin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir, şəhid ailələrinin və yaralı hərbçilərimizin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür. Bu tədbirlər çərçivəsində ədliyyə Nazirliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə işçilərinin qayğıları daim diqqətdə saxlanılır, zəruri köməklik göstərilir. Vətən uğrunda qəhrəmanlıq göstərərək canını fəda edən oğlullarımız sırasında ədliyyə şəhidi Ruhin Müzəffər oğlu Xəlilovun da əziz xatirəsi digər şəhidlər kimi bizim qəlbimizdə əbədi yaşayacaq.
Ruhin Xəlilov 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuşdur. Hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra ədliyyə orqanlarına qulluğa qəbul olunan R.Xəlilov bir müddət icra məmuru vəzifəsində çalışmış, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdir. Xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı və nizam-intizamı ilə kollektivin rəğbətini qazanan R.Xəlilov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdır. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edən Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin müvafiq sərəncamları ilə Ruhin Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə R.Xəlilova ölümündən sonra "Fəxri ədliyyə işçisi" adı verilib.
ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən şəhidin xatirəsi həmişə əziz tutulmaqla yanaşı, onun ailəsinə daim diqqət və qayğı göstərilməkdədir. Vurğulanıb ki, Nazirliyin yerli qurumu kimi imişli regional ədliyyə idarəsi görülmüş işlərdən kənarda qalmır. Belə ki, regional idarə tərəfindən şəhid Ruhin Xəlilovun xatirəsinə guşə hazırlanıb və binaya daxil olan hər kəs onun haqqında məlumat almaqla şəhidin ruhuna ehtiramını göstərir. Bundan başqa, şəhidin ailəsinə baş çəkilir, qayğıları ilə maraqlanılır, kollektiv insanlıq və vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır.
Həmçinin idarənin ərazisində şəhidlərin əziz xatirəsinə fəvvarə kompleksi inşa edilib və 2022-ci ildə ədliyyə kollektivinin, rayon rəhbərliyinin, millət vəkilinin və ictimaiyyətin iştirakı ilə təntənəli açılışı həyata keçirilib, o cümlədən bir neçə şəhid atasına və qazilərə xüsusi hazırlanmış “Zəfər yumruğu” və “şuşa” adlı plaketlər təqdim edilib.
idarə tərəfindən bu səpkili tədbirləri bundan sonra da mütəmadi keçirilməklə şəhidlərimizin xatirəsi daim diqqətdə saxlanılacaq və bu qəhrəmanlıq səlnaməsinin sonrakı nəsillərə çatdırılması üçün bütün imkanlar səfərbər ediləcək.
şəhid Ruhin Xəlilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Belediyye.info