"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəhid isgəndərov əhmədağa Novruz oğlunun xatirəsi anıldı

--2022-09-21 / 17:06
Sentyabrın 20-də Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan isgəndərov əhmədağa Novruz oğlunun doğum günü idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan əhmədağa oktyabrın 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. əhmədağa isgəndərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Nərimanov rayon rəhbərliyi, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid isgəndərov əhmədağanın məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə və Birinci vitse-prezident xanım Mehriban əliyevaya minnətdarlıqlarını bildirmişlər.
 
ŞƏRHLƏR