"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəhid Toğrul Habil oğlu Fərəczadənin xatirə lövhəsinin və bulağın açılış mərasimi olub

--2016-10-09 / 00:42

şəhid Toğrul Habil oğlu Fərəczadənin xatirə lövhəsinin və bulağın açılış mərasimi olub

2016-cı ilin aprel döyüşlərində şəhid olmuş gizir Toğrul Habil oğlu Fərəczadənın Ağsu şəhərində adı verilmiş küçədə xatirə lövhəsinin və bulağın açılışı keçirilib.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan torpaqlarınıın bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi mayor Nizami Heybətov, şəhidin məzunu olduğu Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, ictimaiyyət nümayəndələri və şəhidin anası Toğrul Habil oğlu Fərəczadənin keçdiyi qəhrəmanlıq yolundan, şəhidlərə və müharibə əlillərinə göstərilən dövlət qayğısından danışaraq bütün şəhidlərimizin yaxınlarına Allahdan səbr diləyiblər.

T.Fərəczadənin oxuduğu Bico kənd tam orta məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq mövzusunda kompozisiya dinlənilib.

Sonda bütün şəhidlərimizin ruhuna dua oxunub.

Qeyd edək ki, şəhid Toğrul Fərəczadə 1993 cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub. 2011-ci ildə Bico kənd orta məktəbinin bitirdikdən sonra hərbi xidmətə gedib. “Aprel” döyüşlərində  qəhrəmancasına həlak olan  Toğrul Fərəczadəyə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.  

Bundan sonra Ağsu RiH Başçısının sərəncamıyla şəhər  küçələrindən birinə şəhidin adı verilib.

Belediyye.info

ŞƏRHLƏR