57 nömrəli məktəbin məzunu Qarabağ müharibəsi şəhidi Rəfibəyli əbdulrza şamməd oğlunun doğum günündə xatirə bulağının açılışı olub.
Açılış mərasimində Milli Məclisin sədr müavini, millət vəkili Adil əliyev, Nərimanov Rayon icra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, rayon ictimaiyyəti və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Mərasimdə qəhrəmanın döyüş yolu haqqında şəhidin anası ətraflı bəhs etdi. Tədbirdə digər natiqlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən gənclərimiz həyatı böyüməkdə olan nəslin hər birinə örnəkdir. Mərasimdə 57 saylı məktəbin şagirdlər vətənpərvərlik şerləri ilə çıxış ediblər.
əlavə edək ki, əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuş, əslən Masallı rayonun Boradigah qəsəbəsindəndir.
Azərbaycan ordusunun əsgəri olan əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsində yaxından iştirak etmidir.
23 oktyabr 2020-ci ildə Xocavənd - şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün əbdülrza Rəfibəyli ölümündən sonra Azərbaycan Prezidenti ilham əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|