ədliyyə nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivinin, şəhid ailələrinin, qazilərin, imişli rayon icra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Razi Nurullayevin, YAP-ın rayon təşkilatının sədri Səfa Ağayevin və ictimaiyyətin iştirakı ilə regional idarənin inzibati binasının önündə “şUşA iLi” çərçivəsində şəhidlərin əziz xaitrəsinə inşa edilmiş fəvvarənin açılışı ilə bağlı tədbir keçirilmişdir.
Tədbir ilk öncə dövlət himni səsləndirilməklə açıq elan edilmişdir. Regional idarənin rəisi isgəndər Orucov tədbirə gələn qonaqları salamlamış və bu günlərdə ildönümü olacaq ədliyyənin şəhidi Ruhin Xəlilov ehtiramla yad etmiş, sonra şəhid ataları Tədbir Quliyevi və Xaliq Səfərovu şəhidlərin əziz xətirəsinə inşa edilmiş fəvvarənin açılması üçün lentin kəsilməsinə dəvət etmişdir. istifadəyə verilmiş fəvvarənin ətrafına gül dəstələri düzülmüş, idarə rəisi, imişli rayon rəhbərliyi, Millət vəkili və şəhid ataları çıxışları ilə tədbirin önəmini vurğulamışlar.
Bundan sonra inzibati binanın içərisində Ulu Öndərin büstünün və şəhid Ruhin Xəlilovun adına quraşdırılmış stendin önünə gül dəstələri düzülmüş və tədbir iclas zalında davam etmişdir. Tədbir iştirikaçıları öncə vətən müharibəsində canlarını qurban verən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmişdir. Sonra çıxış edənlər tərəfindən şanlı qələbəmizə gedən yolda həyatlarını fəda edən igidlərimizin heç vaxt unudulmayacağı və gələcək nəsilə şərəfli tariximizi qürurla ötürəcəyimiz səsləndirilmişdir. Daha sonra şəhid ailələrinə və qazilərə regional idarə tərəfindən xüsusi hazırlanmış xatirə hədiyyələri təqdim edilmişdir.
Sonda bu cür tədbirlərin mütəmadi keçirilməsinin önəmli olduğu, şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına daim diqqət, qayğı ilə yanaşılmasının əhəmiyyəti qeyd edilmişdir.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
ədliyyə Nazirliyi imişli regional ədliyyə idarəsi