şəki Bələdiyyəsi yerli özünüidarə orqanı kimi 1999-cu ildən fəaliyyət göstərir. 17 üzvü var. şəki Bələdiyyəsinin strukturunu şəkildəki sxemdəki kimi göstərmək olar.
Sxemdən göründüyü kimi bələdiyyə sədrinin birinci müavini maliyyə və tikinti, müavinləri isə müvafiq olaraq sosial və ekologiya məsələlərinin həlli ilə məşğul olur.
şəki Bələdiyyəsi öz inkişaf səviyyəsinə, kadr potensialına, həyata keçirdiyi layihələrin aktuallığına, eləcə də, ölkənin ictimai – siyasi həyatında oynadığı əhəmiyyətli roluna görə respublikada önəmli yerlərdən birini tutur.
Bələdiyyə səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə verilmiş qərarların həyata keçirilməsinə yardım göstərməsi, bələdiyyənin tabeçiliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün beş daimi komissiya yaratmışdır. Bu komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınmışdır. Кomissiyaların əsas vəzifələri bunlardır:
- müvafiq statusla əlaqəli funksiyalarla bağlı yerli əhəmiyyətli proqramlar hazırlayaraq bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;
- yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
- bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
- seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkili və yoxlanılmasına kömək etmək.