"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəki bələdiyyələri bir milyon manatlıq əmlak və torpaq satıblar

--2019-07-28 / 20:13

şəki rayonunda formalaşan 40 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.637.000 manat olub. Bu da 2017-ci illə müqayisədə 31 faiz artım deməkdir.

əldə edilən vəsaitin isə 68.4 faizi yəni (1.119.200 manat) bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.
şəki bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 942.600 manat olub ki, bu da ötən ilki rəqəmdən 68 faiz artıq deməkdir.
Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
şəki rayonunda formalaşan 40 bələdiyyə 87.700 manatlıq əmlak vergisi, 287.600 manatlıq torpaq vergisi, 19.400 manatlıq mehmanxana rüsumu 6000 manatlıq dayanacaq rüsumu toplaya biliblər.
Təəssüf ki, il ərzində mədən vergisi, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.
şəki bələdiyyələrinin mülkiyyətində olan əmlkaın istfadəsindəndə bələdiyyə büdcəsinə hər hansı vəsait daxil olmaylb.
Qeyd edək ki, il ərzində 97.100manat dövlət tərəfindən dotasiya ayrılıb.
Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 100 manat olub
şəki bələdiyyələri əldə etdikləri qazancın 53,9 faizini, yəni 905.000 manatını yerli özünidarəorqanlarının saxlanmasına, 26.1 faizini isə 446.000 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.
Belediyye.info

ŞƏRHLƏR