"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəki regional ədliyyə idarəsi Qaxda seminar keçirib

--2018-03-30 / 06:24

şəki regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq Qax rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün növbəti seminar müşavirə keçirilmişdir. Bu barədə məlumatı şəki regional ədliyyə idarəsi yayıb.

Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması işinin daha səmərəli təşkili”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və aşkarlıq” mövzuları üzrə məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR