"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəki regional ədliyyə idarəsi seminar keçirib

--2018-04-20 / 07:21

şəki regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq növbəti semianr şəki şəhərində keçirilmişdir. şəkidə fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçuları üçün “Bələdiyyələrin yerli vergi və ödənişlərinin yığılması işinin daha səmərəli təşkili”, “Bələdiyyələrdə arxiv işinin təşkili” , “ insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və aşkarlıq” mövzuları əhatə olunmaqla seminar-müşavirə keçirilib. Bu barədə məluamtı şəki regional ədliyyə idarəsi yayıb.

Seminarın gündəliyinə daxil  edilmiş məsələlərə keçməzdən əvvəl iştirakçılar 11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin 86,02 faizinin səsini toplayaraq parlaq qələbə qazanan cənab ilham əliyevi təbrik etdilər. Vurğulandı ki, bu parlaq qələbə cənab ilham əliyevin dövlət başçısı kimi Azərbaycan xalqının rifahın yüksəldilməsi, ölkəmizin inkişafı, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi səmərəli, gərgin fəaliyyətinə xalqımızın verdiyi yüksək qiymətin, göstərdiyi böyük dəstək və etimadın məntiqi nəticəsidir. Tədbirdə cənab ilham əliyevə möhkəm can sağlığı, növbəti yeddi illik prezidentliyi dövründə Azərbaycan Respublikasının daha da tərəqqisi naminə göstərəcəyi fəaliyyətində uğurlar arzulandı.

Sonra şəki regional ədliyyə idarəsinin əməkdaşları seminar müşavirənin gündəliyindəki mövzular üzrə geniş məruzələrlə çıxış etdilər.

Məruzələr dinlənildikdən sonra bələdiyyə nümayəndələrini maraqlandıran suallar diqqətlə dinlənilərək şəki regional ədliyyə idarəsinin rəisi və əməkdaşları tərəfindən cavablandırıldı, müvafiq izahlar verildi.

Belediyye.info

ŞƏRHLƏR