"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəkidə bələdiyyə üzvləri maarifləndirilib

--2015-12-08 / 20:40

Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, şəki regional ədliyyə şöbəsi və Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti ilə birlikdə Zaqatala rayonunda Balakən, Zaqatala və Qax rayonlarının və şəki şəhərində şəki, Oğuz və Qəbələ rayonlarının bələdiyyə sədrləri və qulluqçuları üçün seminar-müşavirə keçirilib.

işgüzar şəraitdə keçən seminarda “Bələdiyyə büdcəsinin tərtibi və formalaşdırılması”,  “Bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadəsinə nəzarət və mühafizəsinin təşkili” və sair mövzularda tədbir iştirakçılarına məruzələr edilmiş, bələdiyyə nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

Həmçinin tədbirlərdə “Bələdiyyə büdcəsinin planlaşdırılması, şəffaflıq və hesabatlılıq”,  “Bələdiyyələrin statusu, hüquq və vəzifələri” kitablarının təqdimatı keçirilmiş və bütün bələdiyyələrə həmin vəsaitlər əvəzsiz olaraq paylanılmışdır.

Belediyye.info

ŞƏRHLƏR