ədliyyə Nazirliyinin şəki regional ədliyyə şöbəsindən Belediyye.info ya daxil olan məlumatda bildirilir ki, oktyabr ayı ərzində Zaqatala, Qəbələ və Balakən rayonlarında bələdiyyələrlə bağlı seminar-müşavirələr keçirilib.
Məlumatda qeyd edilir ki, şəki regional ədliyyə şöbəsi tərəfindən 2015-ci ilin oktyabr ayının 01-i, 14-ü və 30-da müvafiq olaraq Zaqatala, Qəbələ və Balakən rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçularının iştirakı ilə hüquqi maarifləndirmə sahsində seminar-müşavirələr təşkil edilib.
Seminar-müşavirlərdə şöbə əməkdaşları tərəfindən“Torpaqlardan təyinatı üzrə istifadə olunması barədə qanunvericilik aktlarının tələbləri və bu sahədə bələdiyyələr tərəfindən görülməli zəruri tədbirlər”, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 13 fevral 2015-ci il tarixli Qanunu ilə əlaqədar bələdiyyələrin vəzifələri”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzularında məruzələr edilib.
Tədbirlərin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
|
|
|