"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəkidə ötən il yarımilyon manatlıq torpaq satılıb-CiDDi

--2018-05-23 / 18:27

şəki rayonunun 40 bələdiyyəsi ötən il ərzində 1.248.000 manat maliyyə vəsaiti toplaya bilib. Bu 2016-cı ildəki rəqəmdən cəmi 1.7 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 24.2 faiz, əmlak vergisinin həcmi 6.9 faiz, reklamlardan daxil olan ödənişin həcmi 0.4 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən  daxil olan vəsaitin həcmi 44.9 faiz, icarəyə verilmiş torpaq və əmlakdan daxil olan vəsaitin həcmi isə 12.7 faiz olub.

il ərzində 40 bələdiyyəyə ayrılan dotasiyanın həcmi 73.500 manat olub.

2017-ci ildə şəki bələdiyyələrinin büdcəsinə avtodayacaqlardan 9.300 manat, mehmanxana, turizm, kurort - sanatopriya ödənişlərindən 2.800 maliyyə vəsaiti daxil olub.

Bununla yanaşı il ərzində mədən vergisindən bir manat vəsait daxil olmayıb.

Bir məqamı qeyd edək ki, ötən il şəki bələdiyyələrinin torpaq satışından əldə etdiyi maliyyə vəsaitinin həcmi 560.200 manat olub.

Belediyye.info

ŞƏRHLƏR